SOCAR-dan Maltada böyük layihə - açılış mərasimi keçirilib
Aprelin 24-də Maltanın Marsaşlokk şəhərində təsisçilərindən biri "SOCAR Traiding" olan "ElectroGas Malta" şirkəti tərəfindən inşa edilən qaz terminalı və elektrik stansiyasının açılış mərasimi keçirilib.
SOCAR LNG (maye təbii qaz) şəklində Maltaya, yeni elektrik stansiyasına qaz tədarük etməklə, eləcə də onu "Enemalta" dövlət enerji şirkətinə satmaqla ölkədə elektrik enerjisi mənbəyi kimi mazutdan tam imtina edilməsi üçün şərait yaradıb. Tədbir də məhz buna həsr olunub.
Tədbirin birinci hissəsində Maltanın Baş naziri Cozef Muskat rəsmi şəxslər, eləcə də Marsaşlokk sakinlərinin müşayiəti ilə mazutla çalışan "Delimara-1" stansiyasının istismardan çıxarılması ilə bağlı rəsmi mərasim keçirib. Çıxışı zamanı C.Muskat səhmdarlar - "SOCAR Trading", "SiemensPV" və "GEMHolding" şirkətlərinin dəstəyi ilə "ElectroGas Malta"nın gördüyü gərgin işlərin elektrik enerjisi qiymətlərini 25%, atmosferə zəhərli tullantıların miqdarını isə 90% azaltmağa imkan yaratdığını bildirib.
Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndə heyəti də iştirak edib. Malta rəsmiləri ilə görüş zamanı R.Abdullayev ölkədə yeni qaz dövrünün başlaması münasibətilə qarşı tərəfə təbriklərini çatdırıb, belə böyük layihənin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmasına görə minnətdarlığını bildirib və SOCAR-ın bu ölkədə uzun müddət fəaliyyət göstərmək niyyətində olduğunu vurğulayıb.
Açılış mərasimi ilə əlaqədar rəngarəng tədbir keçirilib, rəsmi şəxslər çıxış ediblər.
Xatırladaq ki, "SOCAR Trading" şirkəti "ElectroGas Malta" konsorsiumunun bir hissəsi kimi, 2013-cü ildə elektrik enerjisi istehsalı üçün adanın qazlaşdırılması üzrə Malta hökumətinin keçirdiyi tenderin qalibi olub. "Siemens" və yerli GEM investisiya şirkəti ilə tərəfdaşlıq şəklində "SOCAR Trading" dəyəri 500 mln. avrodan çox olan və 210 MVt gücə malik yeni elektrik stansiyasının və adada LNG-nin yenidən qazlaşdırılması üzrə terminalın tikintisi üzrə layihəni koordinasiya edib. İnşaat işlərinə 2014-cü ilin dekabr ayında başlanılıb və 2017-ci ilin yanvarında işlər yekunlaşıb.
2017-ci ilin yanvar ayında həmçinin LNG-nin ilk partiyası tədarük olunub. Qeyd edək ki, layihənin eksklüziv LNG təchizatçısı "SOCAR Trading" şirkətidir.
Qeyd edək ki, "ElectroGas Malta" şirkəti 18 il ərzində "Enemalta" dövlət enerji şirkətini elektrik enerjisi və təbii qazla təchiz edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)









