Azərbaycanın xarici ticarətində aylıq mənfi saldo artıb
Azərbaycanın xarici ticarət dövriyyəsi 25,2 milyard dollardan 18,4 milyard dollara, 9 aylıq xarici ticarət saldosu isə 4,5 milyard dollardan 2,8 milyard dollara geriləyib.
2020-ci ilin 9 ayında (yanvar-sentyabr) Azərbaycanın xarici ticarət dövriyyəsi 18 milyard 403.2 milyon dollar, o cümlədən ixrac 10 milyard 579.82 milyon dollar, idxal isə 7 milyard 823.45 milyon dollar təşkil edib. Nəticədə 2 milyard 756.37 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 25 milyard 244,30 milyon dollar, o cümlədən ixrac 14 milyard 866.29 milyon dollar, idxal 10 milyard 378.01 milyon dollar, xarici ticarət saldosu müsbət 4 milyard 488.28 milyon dollar təşkil etmişdi.
Sentyabrda Azərbaycanın ixracı 700 milyon 35 min dollar, idxalı isə 1 milyard 132 milyon 461 min dollar təşkil edib və 432 milyon 427 min dollarlıq mənfi saldo yaranıb.
Avqustda Azərbaycanın ixracı 748 milyon 710 min dollar, idxalı 790 milyon 644 min dollar, mənfi saldo 41 milyon 934 min dollar təşkil etmişdi. Mənfi saldonun artmasına ixracın azalması ilə bərabər idxalın artması səbəb olub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
4 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
5 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
5 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 5 saat əvvəl
-
5 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
6 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 6 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
