Özəl klinikadan təqdirəlayiq təşəbbüs - “Heyyətimiz və ambulansımız ilə dövlətimizin yanındayıq”
“Biz öz həkim heyyətimiz və ambulansımızla cəhbədə dövlətimizə dəstək olmaq üçün hazırıq və bu barədə aiddiyatı qurumlara müraciət ünvanlamışıq”.
Bunu Marjaya Bioloji Təbabət Klinikalar şəbəkəsinin sədr müavini Qüdrət Yaqubov bildirib.
Qüdrət Yaqubov qeyd edib ki, hər bir sahibkar, xüsusilə özəl tibb müəssisələri dövlətimizin yanında olmalı və lazım gələrsə bütün qüvvələrini səfərbər etməlidir:
“Son 15 ildə ölkəmizdə bir çox yeni xəstəxanalar tikilmiş, mövcud xəstəxanalar təmir olunmuş və müasir tibbi avadanlıqlar ilə təchiz edilmişdir. Dövlət səhiyyə müəssisələri ilə yanaşı özəl tibb mərkəzlərinin də sayı xeyli artmışdır. Biz Bioloji Təbabət Klinikaları Şəbəkəsi olaraq hər zaman dövlətimizin yanındayıq. Hesab edirik ki, COVİD-19 pandemiyası geniş yayıldığı dövrdə və Ermənistanın təcavüskar addımları ilə işğalçılıq siyasətindən əl çəkməyərək dövlət sərhədimizə qarşı etdiyi terrorçu yanaşması fonunda hər bir sahibkar, xüsusilə özəl tibb müəssisələri dövlətimizin yanında olmalı və lazım gələrsə, bütün qüvvələrini torpaqlarımızın azad olunması və qorunması üçün əsirgəməməli və səfərbər etməlidir. Bioloji Təbabət Klinikalar şəbəkəsi olaraq öz təcili və təxirəsalınmaz texnikamız (ambulans), həkim heyyətimiz və bütün mümkün imkanlarımızla dövlətimizə dəstək olmağa hazırıq. Dövlətimizin ön cəbhəsi kimi arxa cəbhəsi də güclüdür və hər zaman əsgərlərimizin yanındayıq”.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
9 d. əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
-
- 17 d. əvvəl
-
17 d. əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 19 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 29 d. əvvəl
- 36 d. əvvəl
-
38 d. əvvəl
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
-
42 d. əvvəl
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
Ən çox oxunanlar
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“SOCAR Polymer” dövlət ixracatçıları arasında lider olub
























