Yaxın zamanlarda Balaxanıda 8 şirkət fəaliyyətə başlayacaq
2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkının hazırda 19 rezidenti var. Bunlardan 11-i artıq fəaliyyət göstərir. Digər 8 rezidentin (ağac-taxta tullantılarının emalı, kömür istehsalı, plastik tullantılarının təkrar emalından plastik torların istehsalı, avtomobil şinlərin emalı və tullantı taxtalardan pallet və taxta unu istehsalı, tullantı avtomobil şinlərinin piroliz üsulu ilə emalından yanacaq istehsalı, plastik məmulatlar qapı və arakəsmə istehsalı, işlənmiş yağların emalı, kraft kağızdan çanta istehsalı sahələri) yaxın zamanlarda fəaliyyətə başlayacağı göslənilir.
Bu barədə Marja-ya İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 40 milyon manatdan artıq investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Balaxanı Sənaye Parkının ərazisi 10.1 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında artıq 570-ə yaxın daimi iş yeri yaradılıb, istaehsalın genişləndirilməsi və yeni layihələrin icrası hesabına iş yerlərinin 720-ə çatdrılması nəzərdə tutulur.
Balaxanı Sənaye Parkının rezidentləri haqqında məlumat
Sənaye Parkının rezidenti olan “Az.Ekol.” MMC plastik (PET) butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə fəaliyyət göstərir. Layihənin ümumi investisiya dəyəri 1,5 milyon manat təşkil edir. İllik istehsal gücü 2400 tondur. İstehsal sahəsində 30-dən çox daimi iş yeri açılıb.
Parkın daha bir rezidenti - “Ekokat” MMC işlənmiş mühərrik yağlarının emalı üzrə fəaliyyət göstərir. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Artıq rezident tərəfindən işlənmiş mühərrik yağlarının toplanması və tədarükü üçün müqavilələrin bağlanmasına başlanılıb. Layihə çərçivəsində 20-ə yaxın daimi iş yeri yaradılıb.
Sənaye Parkının digər rezidenti, fərdi sahibkar Eminov Etibar tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsulları istehsal edir. Ümumi investisiya məbləği 1 milyon manat təşkil edir. İllik istehsal gücü 350 tondur. İstehsal sahəsində 30-dan çox daimi iş yeri yaradılıb.
Balaxanı Sənaye Parkının rezidenti “METAK” MMC tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı və tullantı kağızlarının təkrar emalı ilə məşğul olur. Layihənin investisiya dəyəri 18,7 mln. manat, illik istehsal gücü 12 min ton plastik məhsul və 1,1 milyon ədəd karton qablaşdırma məhsuludur. İstehsal sahəsində 140-dan çox daimi iş yeri açılıb.
Parkın rezidenti “FORİELLA” MMC süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə fəaliyyət göstərir. Ümumi investisiya məbləği 4 milyon manat olan müəssisədə ildə 100 min ədəd stul, 10 min masa istehsal etmək mümkündür. Müəssisədə 300 nəfər daimi işlə təmin olunub.
Dah bir rerzident - “Bioropean” MMC işlənmiş qida yağlarının təkrar emalından biodizel üçün xammal istehsalı məşğul olur. İnvestisiya dəyəri 500 min manat olan müəssisənin illik istehsal gücü 2300 tondur.
Sənaye Parkının digər rezidenti, Fərdi sahibkar Tərlan Əzimov qida tullantılarından yem istehsalı üzrə fəaliyyət göstərir. 2.2 milyon manat investisiya yatırılan müəssisənin illik istehsal gücü 2800 tondur. Müəssisədə 60 nəfər daimi işlə təmin olunub.
“Alphapack Azerbaijan” MMC isə Sənaye Parkının rezidenti kimi, yapışqan lent istehsal edir. Müəssisənin investisiya dəyəri 800 min manat, illik istehsal gücü 5 milyon kv.m yapışqan lentdir. Müəssisədə 15 nəfər daimi işlə təmin olunub.
Parkın rezidenti “Ata Park” MMC qablaşdırma və etiketləmə işləri ilə məşğul olur. İnvestisiya məbləği 2,8 milyon manat olan müəssisənin illik istehsal gücü 1950 tondur. Müəssisədə 30 nəfər daimi işlə təmin olunub.
Balaxanı Sənaye Parkının daha bir rezidenti “Oreon Commerce” MMC maqnezium oksid panellərin istehsalı və təkrar emalı üzrə fəaliyyət göstərir. Layihənin investisiya dəyəri 1 milyon manat olan müəssisənin illik istehsal gücü 450 min ədəd paneldir. Müəssisədə 15 nəfər daimi işlə təmin olunub.
“Az Ekol” MMC, “Foriella” MMC və “Bioropean” MMC istehsal etdikləri məhsulları dünyanın bir neçə ölkəsinə ixrac edir.
Məlumat üçün bildirək ki, digər sənaye parklarının rezidentləri kimi, Balaxanı Sənaye Parkının rezidentləri də bir sıra güzəştlərdən yararlanırlar. Belə ki, rezidentlər 10 il müddətinə mənfəət (fərdi sahibkarlar gəlir vergisindən), torpaq və əmlak vergilərindən azaddır, sənaye parkında istehsal sahəsinin qurulması və istehsalı məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən 10 il, idxal rüsumundan isə 7 il müddətinə azad edilir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
16 d. əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
1 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
Ən çox oxunanlar
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb




















.jpg)



