Azərbaycanda qaz hasilatı artıb
Operativ məlumatlara əsasən, 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 23,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Energetika Nazirliyinin yaydığı məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 1,8 milyon ton az olub.
Respublika üzrə hasil edilmiş neftin 16 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 4,8 milyon ton təşkil edib.
Səkkiz ayda 19,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-avqust aylarına nisbətən, təxminən, 1,7 milyon ton, yəni 8 faiz azdır. Neft-kondensatın 18,4 milyon tonu konsorsium, 0,8 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.
2020-ci ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz, yəni 2 milyard kubmetr artımla 25,1 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 7,9 milyard kubmetri AÇG-dən, 12,3 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 4,9 milyard kubmetr qaz hasil olunub.
Bu dövrdə xaricə qaz satışı 8,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz çoxdur. Cari ilin yanvar-avqust aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 25,3 faiz çox, yəni 7,2 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,5 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub.
2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin sentyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 6,7 milyard kubmetr qaz nəql edilib.
Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 1 sentyabr tarixinədək ümumilikdə 545,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib və 544,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 172,8 milyard kubmetr, “Şahdəniz”dən isə 129,1 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək 85,7 milyard kubmetr qaz ixraca nəql edilib.
Ölkədə neft emalı isə 2020-ci ilin 8 ayında 4 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 201 min ton az olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 d. əvvəl
- 17 d. əvvəl
- 24 d. əvvəl
-
-
34 d. əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 35 d. əvvəl
-
36 d. əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
- 48 d. əvvəl
- 52 d. əvvəl
-
55 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
1 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
1 saat əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
Son Xəbərlər
6,3 milyard manatlıq defisiti olan Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir



























