Azərbaycanın investisiya şirkəti gəlirlərini və xalis mənfəətini açıqladı
“AzFinance” İnvestisiya şirkəti 2019-cu ili 261 min manat xalis mənfəət ilə başa vurub.
Marja şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə “AzFinance”ın xalis mənfəəti 20% azalıb. Şirkət 2018-ci ili 328 min manat xalis mənfəət ilə bağlamışdı.
Xalis mənfəətin azalması gəlirlərin azalmasından qaynaqlanır. Belə ki, ötən il şirkətin əməliyyat gəlirləri 3 milyon 105 min manatdan 1 milyon 849 min manata düşüb (1 milyon 256 min manat və ya 40% azalıb). Ən çox azalma portfelin idarə edilməsi üzrə olub. Belə ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “AzFinance”ın portfelin idarə edilməsindən gəliri 41% azalaraq 1 milyon 31 min manata düşüb.
2018-ci illə müqayisədə 2019-cu ildə “AzFinance”ın cəmi aktivləri 29 dəfə azalaraq 2 milyon 301 min manata geriləyib. Şirkət 2018-ci ilin sonunda 66 milyon 870 min manat cəmi aktivlərə malik idi. Kəskin azalma borc qiymətli kağızlara investisiyaların 58 milyon 908 min manatdan 267 min manata düşməsilə bağlıdır.
“Şirkət fərdi investor portfelini idarə etmək üzrə fəaliyyətini genişləndirmiş və bir il ərzində portfelin həcmini 2 dəfə artırmağa nail olmuşdur. Eyni zamanda, şirkət bu fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırmış və hesabatda müştərilərin vəsaitlərini ayrıca qeyd etməklə balansda aktiv və passivlərdə azalma etmişdir”, “AzFinance” İnvestisiya şirkətinin yaydığı məlumatda deyilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)







.jpg)



.jpg)







