İlk dəfə 2 milyard manat səviyyəsini keçdi
Ev təsərrüfatlarına verilən kreditlər 4 ay geriləmədən sonra İyulda yenidən artıb. Artım ipoteka kreditləri ilə bağlıdır.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, ev təsərrüfatlarına verilən kreditlər İyulda İyun ayı ilə müqayisədə 20 milyon 500 min manat artaraq 6 milyard 560 milyon 500 min manata çatıb.
2020-ci ilin Fevral ayında ev təsərrüfatlarına verilən kreditlər 7 milyard 99 milyon 500 min manata çatdıqdan sonra mart-iyun aylarında 559 milyon 5 min manat azalmışdı.
İyulda ev təsərrüfatlarına verilən kreditlərin xüsusi çəkisi 44,9%-dən 45%-ə yüksəlib.
Daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) ayrılan kreditlər ev təsərrüfatlarına verilən kreditlərə daxildir. İyulda daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər 41 milyon 700 min manat artıb. Ev təsərrüfatlarına verilən kreditlərdəki 20 milyon 500 min manatlıq artım bu kreditlərdəki artım ilə əlaqədardır. Daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər xaric ev təsərrüfatlarına verilən kreditlər (istehlak kreditləri) 21 milyon 200 min manat azalıb. Qısası sırf istehlak kreditləri İyun ayındakı 4 milyard 572 milyon 600 min manatdan 4 milyard 551 milyon 400 min manata geriləyib.
Daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) ayrılan kreditlər ilk dəfə 2 milyard manat səviyyəsini keçərək 2 milyard 9 milyon 110 min manata çatıb. Martda bu kreditlər 1 milyard 989 milyon manata çatsa da aprel-may aylarında bir miqdar azalmışdı. Artım İyundan yenidən bərpa olunub.
Qeyd edək ki, İyul ayında cəmi kredit qoyuluşları 34 milyon 600 min manat artaraq 14 milyard 585 milyon 300 min manata çatıb. İyulda ticarət və xidmət sektorlarına kredit qoyuluşları azalıb, sənaye, kənd təsərrüfatı, inşaat, nəqliyyat, rabitə və energetika sektouralarına cəmi kredit qoyuluşları artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
10 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























