"Günay Sığorta"nın daha bir rayonda nümayəndəliyi açıldı
(®️) Azərbaycan sığorta bazarının ilk özəl şirkəti olan “Günay Sığorta”-nın əsas inkişaf prioritetləri sırasında nümayəndəlik şəbəkəsinin genişlənməsi xüsusi yer alır. Regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanması və baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsi məqsədilə şirkət Şəmkir şəhərində yerləşən yeni nümayəndəliyini əhalinin xidmətinə verib.
Yeni nümayəndəliyin açılış mərasimində sığorta sahəsinin peşəkar kadrlarından olan region rəhbəri Amin İsgəndərov tərəfindən sığorta məhsulu əldə edən ilk müştəriyə hədiyyə təqdim olunub. Nümayəndəlik fiziki və hüquqi şəxslərə icbari, kasko, əmlak, səfər, yük və s. sığorta məhsullarının satışını və bütün növlər üzrə sığorta hadisələrinin tənzimlənməsi xidmətlərini təklif edir.
Sığorta xidmətləri ilə yanaşı, nümayəndəlik eyni zamanda sığorta məhsullarının tanıdılması istiqamətində regionda maarifləndirmə işlərini də həyata keçirmək niyyətindədir.
Müasir tələblərə tam cavab verən, müştəri məmnunluğunu təmin etmək üçün hər bir şəraitə malik olan yeni nümayəndəlik həftə içi hər gün saat 09.00-dan 18.00-dək müvafiq olaraq Şəmkir şəhəri, 20 Yanvar küçəsi, №5D ünvanında müştərilərini gözləyir. Nümayəndəliyin sığorta hadisələri və satış şöbəsi isə 7/24 müştərilərin xidmətindədir.
Açılış mərasimindən sonra şirkətin 6 aylıq nəticələri ilə bağlı Şəmkir şəhərində iclas keçirilmişdir. İclasda maliyyə və əməliyyat göstəricilərinin müzakirəsi təşkil olunmuş, şirkətin müştəri məmnuniyyətinin artırılması istiqamətində addımlar, ilin sonuna hədəflər və planların icra vəziyyəti ilə bağlı qərarlar qəbul edilmişdir.
Günay Sığorta müştəri məmnuniyyətinə nail olmağı əsas tutaraq xidmət dairəsini nümayəndəliklər vasitəsi ilə genişləndirir, əsas məqsəd yalnız Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhali üçün yeni iş yerlərinin açılması və bütün növ sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını təmin etməkdir. Şirkət Strateji Planına uyğun olaraq bundan sonra da yeni filial və nümayəndəliklərin açılması işini davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
1 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Ən çox oxunanlar
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin






.jpg)
.jpg)









.jpg)

