Kapital Bank-da işləmək istəyənlər üçün yeni portal yaradıldı
Ölkənin ən böyük işəgötürən təşkilatı olan Kapital Bank, burada işləmək arzusunda olanlar üçün növbəti yeniliyi təqdim edib.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, müxtəlif vakansiyalar üzrə namizəd olmaq istəyən şəxslər www.hr.kapitalbank.az portalına daxil olmaqla, özlərinə şəxsi kabinet yarada bilərlər.
Effektiv platformanın yaradılması üçün bir sıra vendorlardan təkliflər alınıb və nəticədə “Crocusoft” şirkəti bu layihə üçün seçilib. Portalı hazırlayarkən yüksək peşəkarlıq nümayiş etdirən şirkət, qarşısına qoyulan bütün texniki tapşırıqları operativ şəkildə, innovativ yanaşma ilə icra edib.
İstifadədə olduqca sadə olan portalda şəxsi kabinet yaradarkən namizədlər özləri barədə ətraflı məlumatları – ad, soyad, təvəllüd, ünvan, əlaqə vasitələri, təhsil, dil bilikləri, sertifikatlar və iş təcrübəsi qeyd etməlidirlər. Şəxsi kabinet hazır olduqdan sonra, namizədlər müxtəlif vakansiyalar üzrə Kapital Bank-a müraciət ünvanlaya bilərlər. Bankda olan bütün mövcud vakansiyalar barədə portalda ətraflı məlumatlar qeyd olunub.
Namizəd müəyyən vakansiyanı seçdikdən sonra, şəxsi kabinetdə ona uyğun olan digər vakansiyalar da avtomatik olaraq təqdim olunacaq. Bundan başqa iş sahələri üzrə açar sözlərindən istifadə etməklə portaldakı müxtəlif vakansiyalar üzrə axtarışlar da vermək mümkündür.
“Bildiyiniz kimi Kapital Bank ölkə bankları arasında ən çox əməkdaşı olan maliyyə qurumudur. Belə bir portalı yaratmaqda məqsəd həm yeni namizədlərin müraciət prosesini asanlaşdırmaq, həm də bank üçün müəyyən bir elektron namizəd bazasının yaradılmasıdır. Pandemiya dönəmində onlayn platformaların yaradılması olduqca önəmlidir. Artıq xeyli müddətdir ki, Kapital Bank-ın HR komandası namizədlərlə olan müsahibələri Zoom proqramı üzərindən, onlayn formatda keçirir. Həmçinin bankdaxilində olan bir sıra proseslər də onlayn platformaya keçirilərək, məsafədən istifadəyə şərait yaradıb”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova qeyd edib.
Qeyd edək ki, yeni portalda Kapital Bank-da olan iş mühiti, komanda ruhu, dəyərlər, eyni zamanda karyera qurmaq üçün məsləhətlər, faydalı məlumatlar, məqalələr yerləşdirilib. Əgər Siz də Kapital Bank ailəsinin üzvü olmaq, karyeranızı ölkənin birinci bankında başlamaq və ya davam etdirmək istəyirsinizsə, www.hr.kapitalbank.az portalına daxil olub, qeydiyyatdan keçə bilərsiniz.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
10 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























