Beynəlxalq Bank gənclər üçün təcrübə proqramı elan etdi
İstedadların inkişafına davamlı dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir layihəsini elan edib. Bank yeni məzunlar və tələbə-magistrlər üçün təcrübə proqramına başlayıb. Bankçılıq fəaliyyətinə marağı olan gənclər bu proqramda iştirak edərək həm faydalı bilik və bacarıqlar qazana, həm də təcrübə müddətində yüksək nailiyyət göstərib Azərbaycan Beynəlxalq Bankında işə qəbul oluna bilərlər.
Ali məktəblərdən 2018, 2019, 2020–ci illərdə məzun olan, yaxud magistratura pilləsində təhsil alan hər bir şəxsə seçim prosedurlarından keçərək proqramda iştirak imkanı yaradılıb.
Proqrama qəbul onlayn qaydada aparılır. İştirak etmək istəyən gənclər buradan qeydiyyatdan keçməlidirlər. İlkin seçim zamanı Bankın fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə təhsil alan namizədlərə üstünlük veriləcək. Qəbul tələblərinə uyğun gələn namizədlər əvvəlcə IQ testindən, keçid balını topladıqları təqdirdə isə xarakter testindən keçəcəklər. Müsahibə mərhələsində də uğur qazanmış bütün namizədlər proqramda iştirak edəcəklər.
Təcrübə proqramının müddəti 4 aydır. Bu müddətdə iştirakçılar real iş mühiti ilə tanış olacaqlar. Bank əməkdaşlarının rəhbərliyi altında çalışaraq praktik biliklərə yiyələnəcəklər. Bankın təşkil etdiyi təlimlərdə iştirak edə biləcəklər. İştirakçılara müəyyən məbləğdə aylıq ödəniş də nəzərdə tutulub.
Bankın Baş direktoru Aynur Süleymanlı bildirib: “Azərbaycan Beynəlxalq Bankı istedadların yetişdirilməsini və onların inkişafının dəstəklənməsini əsas missiyalarından biri kimi müəyyənləşdirib. Bu istiqamətdə ardıcıl layihələr həyata keçiririk. Təcrübə proqramımız da, gənclərin peşəkar bacarıqlara yiyələnməsinə, uğurlu karyera qura bilməsinə faydalı olacaq”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
4 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
4 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
12 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)
.jpg)







.jpg)








