“Günün Qəhrəmanları” müsabiqəsinə müraciətlərin qəbulu davam edir!
(®️) “Nar” və TƏBİB-in birgə təşkilatçılığı ilə keçirilən “Günün Qəhrəmanları” yazı müsabiqəsinə müraciətlərin qəbulu 10 avqust tarixinədək davam edir. Müsabiqə pandemiya ilə mübarizə dövründə fədakarcasına gündəlik işlərini icra etməyə davam edən bütün insanların hekayələrini və sosial təşəbbüslər haqqında yazıları bir araya toplayır. Bugünədək layihədə iştirak üçün 60-dan çox sorğu qəbul edilib.
“Koronavirusla mübarizə dövründə iş başında vətəndaşlara xidmət edən hər bir kəsin ümumi mübarizəmizə qatdığı töhfə çox qiymətlidir. Bu müsabiqənin həyata keçirilməsində də əsas məqsədimiz əhaliyə bu qəhrəmanları tanıtmaq, bununla da sosial məsuliyyətin təşviqinə dəstək olmaqdır”, - deyə TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
“Nar” olaraq pandemiya başlayan ilk gündən bəri KSM strategiyamız çərçivəsində həm müştərilərimiz, həm də cəmiyyət üçün faydalı ola biləcək müxtəlif layihələr həyata keçirmişik. “Günün Qəhrəmanları” müsabiqəsi də bizə koronavirusa qarşı mübarizədə fadəkarcasına çalışan insanlar və layihələri tanıtmaq üçün xüsusi imkan yaradır”, - deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov qeyd edib.
Xatırladaq ki, müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən məzmunun keyfiyyətinə və daşıdığı sosial mesaja əsasən müəyyənləşdiriləcək. Qaliblər isə müvafiq olaraq Samsung S10+ , Huawei P30 Pro, 500 AZN dəyərində pul mükafatı, daha üç həvəsləndirici yerlərin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı ilə təltif olunacaqlar. Müsabiqədə həm jurnalistlər, həm də sosial media istifadəçiləri iştirak edə bilərlər. Şərtləri bir daha nəzərinizə çatdırırıq:
1.Yazılara əsas tələb real hekayələrin əks olunması və müəllif tərəfindən haqqında danışılan şəxsdən yayımla bağlı razılığın alınmasıdır.
2.Məqaləyə razılıq əsasında foto və videolar da əlavə edilə bilər.
3.Yazılar müsahibə formatında da ola bilər və ya birbaşa qəhrəmanın öz dilindən də yazıla bilər.
4.Təqdim olunan yazılar üçün maksimum simvol sayı 10.000 olmalıdır.
5.Müsabiqəyə qoşulmaq üçün jurnalistlər yazının “Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində hazırlandığını qeyd etməklə mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər “MS Word” faylında [email protected] elektron ünvanına göndərməlidirlər.
6.Sosial media istifadəçiləri də eynilə, hekayələrini [email protected] elektron ünvanına göndərməlidirlər. Bundan başqa, müsabiqənin hashtagını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bilərlər. ( #GününQəhrəmanları #Nar #TƏBİB).
Əlavə suallar yarandığı təqdirdə, [email protected] elektron ünvanına yaza bilərsiniz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
14 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
20 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























