Azərbaycanın bank sektoruna “Çox Zəif+” qiyməti verildi
"Moody’s" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun qiymətləndirilməsini keçirib.
Agentliyin yaydığı məlumata görə, "Moody’s" Azərbaycanın bank sisteminin makroiqtisadi profilinin (“macro profile”) qiymətləndirmə səviyyəsini “Zəif”dən “Çox Zəif+”ə endirib. Qiymətləndirmədə azalma ölkənin ümumi makroiqtisadi profilinin “Çox Zəif+” səviyyəsində olması və sektorda maliyyələşdirmə şərtlərinin pisləşməsini əks etdirir.
Xatırladaq ki, "Moody’s" apreldə Azərbaycanın bank sistemi üzrə proqnozunu "müsbət"dən "mənfi"yə dəyişmişdi.
Qeyd edək ki, "Moody’s"in banklar üçün reytinq metodologiyasına əsasən, kredit analizi prosesi bankın fəaliyyət göstərdiyi makroiqtisadi mühitin qiymətləndirilməsindən başlayır. Bu, reytinq agentliyinin bank sistemində yaranan problemlərin daha çox makroiqtisadiyyatın idarə etdiyi sistem böhranları ilə əlaqəli olduğu fikrini əks etdirir. Qiymətləndirməyə iqtisadi və institusional güc, gözlənilməyən risklərə qarşı həssaslıq, kredit reytinqi, maliyyələşmə şərtləri və sektorun strukturu kimi aspektlər daxildir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
26 d. əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 30 d. əvvəl
-
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
3 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
3 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























