Bakının məşhur otelində karantin pozuldu
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə Bakı başda olmaqla 16 şəhər və rayonda xüsusi karantin rejiminin müddəti uzadılsa da, müəyyən qadağalar tətbiq edilsə də, paytaxtın mərkəzində buna əməl etməyənlər də var.
İyulun 2-dən Nazirlər Kabineti Yanında Operativ Qərargah 16 şəhər və rayonda xüsusi karantin rejiminin iyulun 20-dək uzadılmasına dair qərarı rəsmən açıqlasa da, "Fairmont Baku" hoteli müştərilərinə çağırış edərək, "Həftəsonunu bizimlə birgə keçirin" müraciətini edib.
Virusun qarşısını alınması məqsədilə hotellərdə hovuz və restoranların fəaliyyəti qanunla qadağan olunsa da, "Fairmont Baku" buna əməl etməyib. Maraqlıdır ki, istirahət üçün hovuza üz tutanlar arasında tanınmış simalar da var.
Belə ki, aparıcı Mələk Heydərova da həmin məkana üz tutan şəxslər arasında olub. O, "Fairmont Baku"nun hovuzu kənarında çəkilmiş fotolarını şəxsi instaqram hesabında paylaşıb. Onun bu addımı heç də birmənalı qarşılanmayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdən açıq-aşkar aydın olur ki, istirahət üçün hotelə üz tutan şəxslər sosial məsafəyə əməl etməməklə öz həyatlarını riskə atmaqla yanaşı, virusun yayılması üçün böyük təhlükəyə səbəb olublar.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda koronavirusa yoluxanların gündəlik sayı 500-dən aşağı düşmür. Bunun nəticəsində əvvəllər 10 nəfərin bir yerə toplaşması qadağan idisə, son qərarda bu say 5-ə endiriib. Bundan başqa son günlərdə xüsusi karantin rejiminin pozulmasına nəzarət gücləndirilib. Bunun nəticəsində kifayət qədər xüsusi karantin rejimini pozan şəxslər aşkar edilərək müvafiq qaydada məsuliyyətə cəlb olunublar.
***
"Fairmont Baku"un karantin rejimini pozması ilə bağlı xəbər yayıldıqdan sonra, hotel paytaxt sakinlərinə həftəsonu istirahəti ilə bağlı etdiyi çağırışı şəxsi instaqram hesabından silib.
©️ "Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)





.jpg)





