Azərbaycanın valyuta ehtiyatları 518,5 milyon dollar artıb
Azərbaycanın valyuta ehtiyatları 2017-ci il aprelin 1-nə 37 milyard 639,9 milyon ABŞ dolları təşkil edib.
Bunun 88,2%-i və yaxud 33 milyard 207,2 milyondolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 11,8%-i və yaxud 4 milyard 432,7 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 518,5 milyon dollar və yaxud 1,4% artıb. Artım ARDNF-in valyuta ehtiyatlarında 60,2 milyon dollar və yaxud 0,2%, AMB-nin valyuta ehtiyatlarında isə 458,3 milyon dollar və yaxud 11,4% olub.
Son bir ildə isə ölkənin valyuta ehtiyatları 671,9 mln. dollar və yaxud 1,75% azalıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 1 038,8 mln. dollar və yaxud 3% azalıb, AMB-nin ehtiyatları isə 366,9 mln. dollar və yaxud 9% artıb.
ARDNF-in valyuta ehtiyatları | AMB-nin valyuta ehtiyatları | Azərbaycanın məcmu valyuta ehtiyatları | |
01.04.2017 | 33 207,2 | 4 432,7 | 37 639,9 |
01.01.2017 | 33 147,0 | 3 974,4 | 37 121,4 |
01.10.2016 | 35 822,1 | 4 132,7 | 39 954,8 |
01.07.2016 | 35 117,9 | 4 283,9 | 39 401,8 |
01.04.2016 | 34 246,0 | 4 065,8 | 38 311,8
|
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 saat sonra
-
-
4 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
13 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
15 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"














.jpg)









