Əmanətlərin qaytarılmasında yaranmış böyük problemə aydınlıq gətirildi
"Bu məsələni vətəndaşların xeyrinə həll etməyə çalışacağıq. Bizim məqsədimiz narazılıqları aradan qaldırmaq, onların banka güvənərək qoyduqları əmanətləri qaytarmaqdır”Əmanətlərin Sığortalanması Fondu tənzimləyicinin (2019-cu ilin Noyabr ayınadək Maliyyə Bazarlarına Nəzarət Palatası, bu tarixdən sonra Mərkəzi Bank) təsih tədbirləri ilə bağlı olaraq əmanətlərin qaytarılmasında yaranmış narazılığa aydınlq gətirib.
Qeyd edək ki, tənzimləyici orqan AG Bank və NBC Banka əmanət qəbulunu qadağan etsə də bu banklar əhalidən müddətli əmanət qəbuluna davam ediblər. Fond bu əmanətlərə blok qoyub və kompensasiya ödənilməsini təxirə salıb.
SON QƏRARI KONSTİTUSİYA MƏHKƏMƏSİ VERƏ BİLƏR
Marja.az-ın məlumatına görə, bunu keçirilən mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev bildirib ki, təsih tədbirləri tətbiq edildikdən sonra qəbul edilən əmanətlər kompensasiya olunmur:
“Dönəm-dönəm tənzimləyici tərəfindən banklara təsih tədbirləri tətbiq olunmuşdur. Təsih tədbirləri ilə banklara müyyən məhdudiyyətlər qoyulmuşdur. Hazırda 2 təsih tədbiri əmanətçilərin narazılığna səbəb olur - AG Bank və NBC Banka tətbiq edilmiş təsih tədbirləri. Tənzimləyici tərəfindən, 10 Oktyabr 2017-ci il tarixində AG Banka, 27 Yanvar 2020-ci il tarixində isə NBC Banka təsih tədbiri tətbiq olunub. Tədbirə görə bu banklara fiziki şəxslərdən müddətli əmanətlərin qəbuluna qadağa qoyulub, lakin banklar tətəfindən buna yetərincə əməl edilmədiyinə görə biz kompensasiya məsələsində problemlə üzləşirik. AG Bank və NBC Bank əmanət qəbul edə bilməyəcəkləri halda bunu davam etdiriblər. Biz Fond olaraq kompensasiyaların ödənilməsini qanunvericiliyə uyğun aparırıq. Qanuna görə, təsih tədbiri tətbiq edildikdən sonra qəbul edilən əmanətlər kompensasiya olunmur, yəni sığortalanmış əmanətlərə aid edilmir. Belə olan halda biz həmin əmanətləri bloka atırıq. Bloka atdığımız əmanətləri araşdırırıq, əgər biz öz araşdırmalarımız nəticəsində həmin bloku götürə biliriksə kompensasiya ödəniləcəkdir, əgər mümkün olmayacaqsa biz Konstitusiya Məhkəməsinə müraciət etməyi nəzərdə tuturuq. Bu məsələni vətəndaşların xeyrinə həll etməyə çalışacağıq. Bizim məqsədimiz narazılıqları aradan qaldırmaq, onların banka güvənərək qoyduqları əmanətləri qaytarmaqdır”.
Tural Piriyev əlavə edib ki, məsələni bu yayın sonunadək yekunlaşdırmağı planlaşdırırlar.
İcraçı Direktor vurğulayıb ki, 2017-ci ildə DəmirBank-da oxşar problem yaranmışdı: “Konstitusiya Məhkəməsi əmanətçilərin xeyirinə qərar qabul etdi. İndi də eyni haldır. Burada vətəndaşların heç bir təqsiri yoxdur. Vətəndaş haqlı olaraq pulunu tələb edir. Biz bu əmanətlərə görə borclanmaya gedəcəyik. Böyük ehtimalla bizə icazə veriləcək və biz blok qoyulan əmanətləri kompensasiya edəcəyik”.
Ehtimal ki, tənzimləyici orqan banklara məktub göndərən zaman müştərilərin təşvişə düşməmələri üçün bu barədə ictimaiyyətə məlumat verməyib. Vətəndaşlar qadağadan məlumatsız olublar, onlara qoyduqları əmanətlərə görə sığortalı müqavilə təqdim edilib. Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu bu əmanətlər üzrə AG Bank və NBC Bank-dan sığorta haqqı qəbul edib, yəni əmanətləri sığortalayıb. İndi Konstitusiya Məhkəməsi yaranmış mürəkkəb vəziyyətə aydınlıq gətirməli və yekun qərarı verməlidir.
“FONDUN MƏKTUBDAN MƏLUMATSIZ OLMASI EHTİMALI BÖYÜDÜR”
Fondun İcraçı direktru bildirib ki, tənzimləyicinin (Maliyyə Bazarlarına Nəzarət Palatasının, sonra da Mərkəzi Bankın) banklara əmanət qəbulunun dayadırılması barədə göndərdiyi məktubdan Əmanətlərin Sığortalanması Fondunun məlumatsız olması ehtimalı var. AG Bank və NBC Bank-ın adları lisenziyaları ləğv edilən günədək Fond-un dərc etdiyi siyahıda göstərilib.
“Biz bu məsələni araşdırırıq, Fondun bu məktubdan xəbəri olub, yoxsa olmayıb. Məlumatsız olmaq ehtimalımız var. Qeyd edim ki, əmanətçilərin böyük əksəriyyəti üzrə Fonda sığorta haqqı ödənilib. Yəni banklar sığortalanmış əmanət qəbul edirlərmiş kimi bunu göstəriblər”.
Tural Piriyev qeyd edib ki, bu problemə görə təxminən 62 milyon manat əmanətə blok qoyulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb

























