"United" bu dəfə evlənməyə hazırlaşan cütlüyü təyyarədən endirib
ABŞ-ın ən böyük hava yolu şirkətlərindən biri olan "United", evlənmək üçün Kosta Rikaya getməkdə olan cütlüyü, "öz kreslolarında oturmadıqları" üçün Hyustonda təyyarədən endirib.
Cütlük Maykl Hohlun və Amber Maxwell , təyyarədə 21-ci sırada öz oturacaqlarında başqa bir sərnişinin uzandığını gördüklərindən 21-ci sıradakı boş oturacaqda oturublar.
Ancaq 21-ci yerin "Ekonom plus" olduğu üçün kabinə əməkdaşları cütlüyə xəbərdarlıq edərək yerlərinə keçməsini istəyib.
Bu xəbərdarlığa reaksiya göstərən cütlük ilə təyyarə əməkdaşları arasında mübahisə yaranıb və bunun ardından kabinə vəzifəliləri cütlüyü təyyarədən endirib.
Ertəsi gün başqa bir təyyarəylə yollarına davam etmək məcburiyyətində qalan cütlük, şirkətin bu hərəkətini başa düşmədiklərini və bir daha "United" hava yollarını istifadə etməyəcəklərini söyləyiblər.
ŞİRKƏT QƏRARINI MÜDAFİƏ EDİB
"United" hava yollarından edilən açıqlamada isə, həmin kresloların qiymətinin daha çox olduğu, kabinə şəxslərinin xəbərdarlığına baxmayaraq cütlüyün öz kreslolarına keçməməkdə israr etdikləri üçün təyyarədən endirldikləri qeyd olunub.
"United" təyyarəsində keçən həftə də analoji hadisə baş vermiş və ictimaiyyətindən çox sərt reaksiya gəlmişdi.
Çikaqodan Louisville şəhərinə getmək üçün təyyarəyə minən sərnişinlərdən, artıq bilet satıldığı və bu səbəblə də dörd nəfərin könüllü olaraq enməsi istənmiş, sərnişinlər arasından 800 dollar məbləğində təzminatı qəbul edən könüllü çıxmayınca da, kompüter tərəfindən təyin olunan 4 sərnişinin təyyarədən enməsi istənmişdi.
Adı çıxan Devid Dao, təyyarədən düşməyi rədd etdikdə digər sərnişinlərin təəccüblü baxışları arasında təhlükəsizlik əməkdaşları tərəfindən yerdə sürünərək kabinədən çıxarılmışdı. Hadisə zamanı yaralanan Daonun görüntülərinin sosial mediada yayılması "qalmaqal" ortaya çıxmış və "United"ın İcraçı direktoru üzr istəmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
8 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 12 d. əvvəl
- 29 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb






.jpg)








.jpg)







