“Mən Avstriya İnkişaf Bankını yaratmışam və 10 il bu banka rəhbərlik etmişəm“
Andrea Haqmann Vyana İqtisadiyyat və İşgüzar İnzibatçılıq Universitetində kommersiya elmləri üzrə magistr dərəcəsi alıb və maliyyə xidmətləri sahəsində 25 ildən artıq iş təcrübəsinə malikdir. Hazırda o, Cənub-Şərqi Avropa üzrə Avropa Fondunun İnvestisiya Komitəsinin və Direktorlar Şurasının (2019-cu ildən), həmçinin mikro, kiçik və orta sahibkarlıq üzrə SANAD Fondunun (Yaxın Şərq və Şimali Afrika) Direktorlar Şurasının üzvüdür (2017-ci ildən). Xanım Haqmann 2019-cu il dekabr ayından etibarən “AccessBank“ın Müşahidə Şurasının üzvüdür.“AccessBank“ın Müşahidə Şurasının üzvü Andrea Haqmann ilə müsahibə
- Bir neçə il bundan əvvəl Azərbaycan hökuməti iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və diversifikasiyası yolu ilə getməyi qərara alıb. Hökumət ölkədə xüsusilə kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirib. Kiçik və orta biznes sektoruna xidmət göstərən “AccessBank”ın rolunu necə görürsünüz?
Azərbaycanda iqtisadi artımın əsas mənbəyi, əvvəlki kimi, neft-qaz sektorudur. Son illərdə hökumətin diqqətinin iqtisadiyyatın diversifikasiyasında cəmlənməsinə baxmayaraq, neftin qiymətinin aşağı düşməsi ilə müşayiət olunan pandemiya iqtisadiyyatın nə dərəcədə həssas olduğunu göstərdi.
Mən əslən avstriyalıyam – bu ölkədə mikro, kiçik və orta bizneslər iqtisadiyyatın hərəkətverici qüvvəsi hesab olunur. Buna görə də mən kiçik sahibkarlığın ölkə iqtisadiyyatına gətirə biləcəyi üstünlüklərdən xəbərdaram. O, iş yerlərinin yaradılmasına, gəlirlərin formalaşdırılmasına kömək edir və ən nəhayət, yoxsulluq səviyyəsini aşağı salır. Kiçik sahibkarlıq böhran vəziyyətlərində iqtisadiyyatı sabitləşdirməyə şərait yaradır. Amma əlbəttə ki, iqtisadiyyatın bütün digər sektorları kimi, kiçik sahibkarlıq da koronavirus kimi gözlənilməz vəziyyətlərdən sığortalanmayıb.
Bank sektoru xüsusiləşdirilmiş maliyyə məhsulları təqdim etməklə sağlam və sabit kiçik sahibkarlıq sektorunun inkişafının dəstəklənməsində həlledici rol oynayır. “AccessBank”ın da rolunu mən məhz bunda görürəm. Bankın kollektivi, fərdi xidmətlərə və maliyyə dəstəyinə ehtiyacı olan kiçik müəssisələrə xidmət göstərilməsi üzrə çoxillik təcrübəyə və dərin biliklərə malikdir. Mən hələ 10 il əvvəl, Avstriya İnkişaf Bankının İdarə Heyətinin üzvü olduğum vaxtlardan “AccessBank”ın fəaliyyəti ilə tanışam. 2017-ci ildə bu vəzifəni tərk etdikdən sonra məni “AccessBank”ın Müşahidə Şurasına dəvət etdilər və mən bu təklifi böyük məmnuniyyətlə qəbul etdim. “AccessBank”da çalışan insanların təcrübəsini və onların kiçik müəssisələrə göstərdikləri zəruri xidmətləri yüksək qiymətləndirirəm. Əminəm ki, “AccessBank” yaranmış vəziyyətin öhdəsindən uğurla gələcək, öz mövqelərini möhkəmlədəcək və Azərbaycanda kiçik biznes üçün ən etibarlı tərəfdaş kimi mühüm rol oynamaqda davam edəcək.
- “AccessBank”ın Müşahidə Şurasının üzvü vəzifəsində öz gələcək fəaliyyətinizi necə görürsünüz?
Mən Avstriya İnkişaf Bankını yaratmışam və 10 il bu banka rəhbərlik etmişəm. Bu dövrdə bütün dünyada kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində ixtisaslaşmış bir çox banklara maliyyə dəstəyi göstərmişik. Biz bankı 2008-ci ildə, yəni ümumdünya maliyyə böhranı ilində təsis etmişik – mənim bu böhranı adlamaq təcrübəm var və mən bu təcrübəni bölüşməyə hazıram. Hazırda kiçik və orta sahibkarlığın inkişafı üzrə müxtəlif fondların direktorlar şurasının üzvüyəm və bu, mənim cari vəziyyətdən və sektordakı yeniliklərdən xəbərdar olmağıma imkan verir.
“AccessBank”ın Müşahidə Şurasında hazırda yeganə qadın olmağımla fəxr edirəm. Bu, gözəl xanımların rəhbər vəzifələrdə çalışdıqları bankda mövcud olan gender tarazlaşdırıcı kadr siyasətinin daha da güclənməsinin göstəricisidir. Mən əminəm ki, çətin zamanlarda təşkilatların sabit olmaları üçün hər iki cinsin nümayəndələrindən olan peşəkarların əməkdaşlığı, onların bacarıq və təcrübələrinin bir araya gətirilməsi çox vacibdir. Məhz bu cür vaxtlarda tarazlaşdırılmış kadr siyasəti mühüm rol oynayır – o, çətinlikləri asanlıqla dəf etməyə kömək edir.
-“AccessBank” Azərbaycanda yeganə bankdır ki, sosial məsuliyyət və ətraf mühitin mühafizəsi onun üçün əsas dəyərlərdən biridir. Məsuliyyətli maliyyələşdirmənin və yaşıl iqtisadiyyatın irəli çəkilməsində bankın rolunu nədə görürsünüz?
Məsuliyyətli maliyyələşdirmə və yaşıl iqtisadiyyat sabit maliyyələşdirmə sektorunun mühüm elementləridir. “AccessBank” üçün məsuliyyətli maliyyələşdirmə biznesin bir hissəsidir. Banklar və müştərilər arasındakı mükəmməl və etibarlı əməkdaşlıq, mövcud şərtlərin şəffaf və aydın olmasını nəzərdə tutur. Bu, sabit və uzunmüddətli tərəfdaşlığın əsasıdır. Bu gün “AccessBank” etibarlı tərəfdaş hesab olunur və bütün dünyada iqtisadi fəallığın zəiflədiyi dövrdə onun mövcudluğu həlledici əhəmiyyətə malikdir.
Son illər biz bütün dünyada ekoloji vəziyyətin nə dərəcədə kövrək olduğunu müşahidə edirik. Yaşıl iqtisadiyyatın inkişafı yönümündə aparılan işlər və ətraf mühitin yaxşılaşdırılmasının dəstəklənməsi “AccessBank”ın korporativ dəyərlərinin əsasını təşkil edir. Mən “AccessBank”ın Azərbaycanda yaşıl iqtisadiyyatın irəli çəkilməsində lider olmaq səyini dəstəkləyirəm.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 28 d. əvvəl
-
- 38 d. əvvəl
-
2 saat əvvəl
Azərbaycan “Cənub Qaz Dəhlizi”nin bir hissəsini ərəblərin şirkətinə satdı - MÜQAVİLƏ İMZALANDI
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR ilə “Yokogawa Europe B.V.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
5 saat əvvəl
Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı
-
5 saat əvvəl
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
-
6 saat əvvəl
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Bakıda daha bir "Pizza Hut" restoranı açılacaq
Avropada qaz qiymətləri bir gündə 14% düşüb
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz




















