4 milyard manatı "yedik-içdik"
2017-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,6 faiz üstələyərək 7,9 milyard manata bərabər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 4,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,9 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-mart aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,7 faiz və 2,6 faiz üstələmişdir.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2016-cı ilin yanvar-mart aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 7 926,1 | 101,6 |
o cümlədən: | ||
ərzaq məhsulları, içkilər və tütün məmulatları | 4 039,3 | 100,7 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 1 401,2 | 103,0 |
elektrik malları və mebel | 482,7 | 102,4 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 61,3 | 102,1 |
əczaçılıq və tibbi mallar | 104,1 | 101,9 |
avtomobil yanacağı | 389,3 | 99,8 |
digər qeyri-ərzaq məhsulları | 1 448,2 | 103,2 |
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,5 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,2 faizi elektrik mallarının, 4,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,9 faizi mebellərin, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2017-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 11,2 faizi hüquqi şəxs statuslu müəssisələr, 53,4 faizi fərdi sahibkarlar tərəfindən, 35,4 faizi isə bazar və yarmarkalarda satılmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 272,4 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 36,5 manat çox olmuşdur.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 138,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 133,6 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 41 d. əvvəl
-
43 d. əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
8 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)




.jpg)






