Azərbaycanın qocaman bankının xalis mənfəəti 6 dəfə artıb
1992-ci ildən fəaliyyət göstərən "Turanbank" ASC 2020-ci ilin ilk rübünü 645 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 dəfə çoxdur. “TuranBank” ASC 2019-cu ilin 1-ci rübünü 109 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Marja Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə Turanbankın cəmi gəlirləri 10 milyon 302 min manat, cəmi xərcləri isə 9 milyon 657 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən bank ilk rüb 645 min manat xalis mənfəət ilə bağlanıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-mart dövründə “TuranBank”ın cəmi gəlirləri 8 milyon 650 min manat, cəmi xərcləri isə 9 milyon 93 min manat təşkil edtmişdi. Xərclər gəlirləri üstələdiyindən Bankın 444 min manat əməliyyat zərəri yaranmışdı. Lakin ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatdan 553 min manatın azad olması hesabına həm əməliyyat zərəri bağlanmış, həm də Bankın 109 min manat xalis mənfəəti yaranmışdı.
Beləliklə, 2020-ci ilin ilk rübündə Turanbankın xalis mənfəəti biznesin inkişafından (gəlirlərinin artmasından) qaynaqlanır.
Turanbankın ötən ilin ilk rübündə 7 milyon 986 min manat təşkil etmiş faiz gəlirləri 2020-ci ilin ilk rübündə 9 milyon 329 min manat təşkil edib. Bankın qeyri - faiz gəlirləri isə 664 min manatdan 922 min manata yüksəlib.
BANKIN BÖYÜKLÜYÜ YARIM MİLYARD MANATI KEÇİB
31 Mart 2020-ci il tarixində Turanbank 514 milyon 4 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 339 milyon 735 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin sonunda Bank 489 milyon 538 min manat cəmi aktivlərə malik idi və aktivlərin 340 milyon 233 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.
İlk 3 ayda Turanbankda müştərilərin depozitləri 5,924 min manat və ya 2,4% artaraq 255 milyon 791 min manata yüksəlib.
31 Mart 2020-ci il tarixində Turanbank 77 milyon 442 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















