Milyonlar işsiz qalıb, onun sərvəti rekord qırır
Koronavirus epidemiyası səbəbilə ABŞ-da üç həftədə 17 milyon adam işsiz qalıb, e-ticarət və informasiya nəhəngi Amazon-un rəhbəri Cef Bezosun (Jeff Bezos ) sərvəti isə artıb.
Marja xəbər verir ki, Bloombergin Milyarderlər İndeksi məlumatlarına görə, dünyanın ən varlı adamı olan Bezos, ilin əvvəlindən bu yana sərvətini 24,9 milyard dollar artıraraq 140 milyard dollara yüksəldib və rekord yeniləyib.
Bloomberg-in mövzu ilə bağlı xəbərində, "Dünyanın ən zəngini bir pandemiya dövründə belə və bəlkə də pandemiya sayəsində zənginləşir" şərhinə yer verilib.
Epidemiya ilə əlaqədar olaraq yüz milyonlarla adam evlərində qalarkən, e-ticarət şirkəti Amazon-un sifarişləri artıb. 2 trilyon dollarlıq təşviq paketinin də dəstəyi ilə Amazon-un səhmləri son bir ayda 36,5% dəyər qazanıb.
Bezosun boşandığı həyat yoldaşı MacKenzie Bezos-un da sərvəti 45,3 milyard dollara çatıb və ən varlı adam 500 siyahısında 18-ci yerə yüksəlib.
WALMART VƏ TESLA-NIN SAHİBLƏRİ DƏ ZƏNGİNLƏŞİRLƏR
Pərakəndə nəhəngi Walmart-ın səhmləri də bahalaşıb və Walton ailəsinin cəmi sərvəti ilin əvvəli ilə müqayisədə 5% artımla 169 milyard dollara yüksəlib.
Tesla-nın İcraçı direktoru İlon Maskın (Elon Musk) sərvəti də bu il 11,2 milyard dollar artımla 38,7 milyard dollara yüksəlib.
Zoom-un qurucusu Eric Yuanın sərvətindəki artım isə 4,3 milyard dollardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















