"Koronavirusa yoluxma sayında zirvə nöqtəsini keçdik"
ABŞ Prezidenti Donald Tramp, yeni növ koronavirus (Covid-19) epidemiyasında "ən yüksək səviyyə" nöqtəsini keçdiklərini və bir çox bölgədə yeni yoluxma faktlarının enişə keçdiyini açıqlayıb.
Marja xəbər verir ki, Tramp gündəlik mətbuat konfransında, virusa qarşı apardıqları mübarizənin nəticələrini görməyə başladıqlarını bildirib:
"Nyu York şəhərində yoluxmalar azalır, Detroit və Denverdə sabitlik təmin edilib, Vaşinqton DC, Baltimor kimi bölgələrdə də irəliləyiş var. Houston və Nyu Orleansda da yoluxmalar düşür. Koronavirus ilə mübarizəmiz davam edir. Ölkə ümumisindəki məlumatlar, yoluxma sayı baxımından zirvə nöqtəsini keçdiyimizi göstərir".
Tramp, ölkə iqtisadiyyatının yenidən fəaliyyətə keçməsilə əlaqədar ştat qubernatorları ilə görüşdüklərini və bu mövzuda sabah bir açıqlama edəcəklərini qeyd edərək, "Bəzi ştatlar 1 Maydan əvvəl iqtisadiyyatlarını yenidən fəaliyyətə başlada bilərlər",- deyib.
Virus epidemiyasından əvvəl ABŞ iqtisadiyyatının tarixinin ən yaxşı günlərini yaşadığını vurğulayan Tramp, "Bu cür ölüm və çöküşü görmək qorxunc idi" ifadəsini də istifadə edib.
Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 630 mini, ölənlərin sayı isə 30 mini aşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















