OPEC 104% əməl etdi
OPEC-ə daxil olan 11 neft hasil edən ölkə 2016-cı il noyabrın 30-da Vyana şəhərində qəbul etdiyi hasilatın azaldılması ilə bağlı öhdəliyə mart ayında 104% yerinə yetirib.
"Reuters" agentliyi xəbər verir ki, OPEC neft hasilatını gündəlik 1,2 mln. barel azaltmaq öhdəliyini qəbul etməsinə baxmayaraq, mart ayında hasilatı 1,25 mln. barel azaldıb. Xəbərin açıqlanması "Brent" markalı neftin qiymətinin 56 dollar/bareli ötməsinə səbəb olub.
Bununla yanaşı, OPEC-in əsas üzvü olan Səudiyyə Ərəbistanı müddəti iyun ayında bitəcək Vyana anlaşmasının daha 6 ay müddətinə uzadılmasına dəstək verəcəyini açıqlayıb. Bu barədə məlumat "The Wall Street Journal"da yer alıb. Həmçinin, neft qiymətlərində bu gün müşahidə olunan artıma ABŞ-da neft ehtiyatlarının azalması amili dəstək verib.
Neft qiymətlərində artım tendensiyasının davam edəcəyini və qısa müddət ərzində 60 dollar/barel səviyyəsini keçəcəyi ehtimal olunur.
© Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
-
1 saat əvvəl
Bakı metrosundan “BakuBus” “Bakı Taksi Xidməti”nin ona qoşulması barədə açıqlama
-
1 saat əvvəl
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
-
2 saat əvvəl
"Azərmaş Group" istiqraz buraxılışı yolu ilə 10 milyon dollar borc alır
-
2 saat əvvəl
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
- 2 saat əvvəl
-
2 saat əvvəl
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
-
2 saat əvvəl
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
“Alp Delux” şadlıq evinin ətlərində at DNT-si aşkarlanıb
“BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilir
“Bakı Metropoliteni” yenidən təşkil ediləcək - FƏRMAN
"İnflyasiya pronozlarının artırılması, növbəti aylarda faizlərin də artırılacağı demək deyil"






.jpg)








.jpg)





