“Petkim” koronavirusla mübarizədə xammal istehsalı ilə önəmli rol oynayır
Türkiyədə də koronavirusun yayılması səbəbindən tibbi ləvazimatlar, qablaşdırma sahələrində tələbat kəskin artıb. Bu sahələr üçün isə xammalı əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim” təmin edir.Yeni növ koronavirus infeksiyasının (COVİD-19) yayılması ilə bir çox sahələr ziddi zərərlə üzləşib. Lakin bəzi sahələrdə isə istehlakın artması müşahidə olunur və müəssisələr bu tələbatın ödənilməsi üçün istehsalını artırmağa çalışır.
"Damnus Energy & Investment Inc."in İdarə Heyətinin sədri Nüsrət Cömərd bildirib ki, koronavirus (COVİD-19) pandemiyası turizm, avtomobil, hava nəqliyyatı,ictimai iaşə və xidmətlər sektorlarına mənfi təsir göstərsə də qida, səhiyyə və tibbi ləvazimatlar, informasiya texnologiyaları kimi sektorlara müsbət təsir göstərəcək. Onun sözlərinə görə, bu isə neft-kimya sektorunun bu sahələrdəki rolunu artıracaq.
Məlumatlara görə, dünya plastik sənayesi yeni növ koronavirus infeksiyası ilə mübarizədə ön sıralardadır. Türkiyədə də koronavirusun yayılması səbəbindən tibbi ləvazimatlar, qablaşdırma sahələrində tələbat kəskin artıb. Bu sahələr üçün isə xammalı əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim” təmin edir.
Ötən həftə “Petkim”in baş direktoru Anar Məmmədov Türkiyə KİV-inə müsahibəsində daxili tələbatın ödənilməsi üçün qablaşdırma, birdəfəlik istifadə olunan plastik və tibbi ləvazimatlar üçün xam maddə istehsalının artırıldığını bildirmişdi: “Xam maddə ilə təmin etdiyimiz plastik sektoru xəstələrin müalicəsi və tibbi heyətin qorunması üçün lazımi avadanlıqların istehsalını həyata keçirdiyinə görə xammalla bağlı problem yaşamamalıdır. Buna görə də bu müddətdə yerli istehsalçıların xammal tələbini ödəmək üçün fasiləsiz çalışırıq”.
Baş direktor daha çox istifadə edilən tibbi maska və tibbi geyimlərin parçasının istehsalında istifadə olunan “polipropilen nonwoven” məhsuluna olan tələbatın tamamilə qarşılandığını qeyd edib.
Nüsrət Cömərd bildirib ki, “Petkim” hazırkı vəziyyətdə önəmli rol oynayır: “Çünki həm geosiyasi, həm də logistika baxımından çox əlverişli mövqedədir”.
Ekspertin bu sahələrlə bağlı SOCAR-a təklifi də var: “SOCAR neft hasilatı, nəqli, emalı və neft-kimya məhsulları istehsalı ilə yəni, upstream, midstream ve downstream sahələrində inteqrasia yaradıb. Bu inteqrasiyanı tibbi ləvazimatlar, qablaşdırma və buna yaxın sahələrdə istehsala daxil olaraq bu sahələri daha da inkişaf etdirə, böyüməkdə olan bu sektorda mühüm rol oynaya bilər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
26 d. əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
34 d. əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Qızıl və gümüş daha da bahalaşdı
Ən çox oxunanlar
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Azərbaycan neftinin son qiyməti
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB























