Azercell gəlirlərini və xalis mənfəətini açıqladı
“Azercell Telecom” MMC 2019-cu ili 101 milyon 178 min manat xalis mənfəət ilə başa vurub.
Marja xəbər verir ki, 2018-ci illə müqayisədə ötən il Azercell-in xalis mənfəəti cüzi artıb. Şirkət 2018-ci ili 100 milyon 235 min manat xalis mənfəət ilə bağlamışdı.
Ötən il Azercell-in cəmi gəlirləri 437 milyon 862 min manat, cəmi xərcləri isə 336 milyon 684 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə Şirkətin cəmi gəlirləri 421 milyon 939 min manat, cəmi xərcləri 321 miylon 704 min manat təşkil etmişdi.
Qısası, 2018-ci illə müqayisədə 2019-cu ildə Azercell Telekom-un mobil rabitə xidmətlərindən gəliri 3.4%, xalis mənfəəti isə 0,9% artıb.
993 MİLYON MANATDAN ÇOX MƏNFƏƏT YIĞILIB
2019-cu ildə Azercell-in cəmi kapitalı ötən ilin xalis mənfəəti qədər artaraq 1 milyard 35 miylon 945 min manata çatıb.Cəmi kapitalın 993 milyon 854 min manatı bölüşdürülməmiş mənfəətdir.
ŞİRKƏTİN BÖYÜKLİYÜ 1,1 MİLYARD MANATDAN ÇOXDUR
Ötən il Azeercell-in cəmi aktivləri 130 milyon 958 min manat və ya 12,7% artaraq ilin sonunda 1 milyard 162 milyon 841 min manata çatıb.
BORCLARI ARTIB
Ötən il Azərbaycanın ən böyük mobil rabitə operatorunun cəmi öhdəlikləri 29 milyon 780 min manat aratarq 126 miylon 896 min manata çatıb. O cümlədən, Şirkətin ticarət və digər kreditor borcları 65 milyon 131 min manatdan 87 milyon 368 min manata yüksəlib.
Qeyd edək ki, Azercell Telekom-un səhmdarı Azertel şirkətidir. Azertel şirkətinin əsas səhmdarı isə (51.3 faiz pay ilə) Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan "Azintelekom" şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 10 saat sonra
-
- 6 saat sonra
-
10 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
11 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
11 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb










.jpg)










.jpg)
