Prezident Avropa bankının birinci vitse-prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev deyib:
- Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Ümidvaram ki, səfəriniz çox məhsuldar keçəcək. Bildiyiniz kimi, mənim Davos Forumu zamanı Prezident Çakrabarti ilə görüşmək, gələcək planlarımızı müzakirə etmək və görülən işləri bir qədər nəzərdən keçirmək imkanımız oldu. Əməkdaşlığın səviyyəsi bizi çox qane edir. Azərbaycan üçün portfolio 3,5 milyard dolları ötüb. Mənə verilən məlumata görə, bu, 170-dən çox layihədir. Yaxşı məqam ondadır ki, bunun yarısı özəl sektorun payına düşür. Düşünürəm ki, bu, həm də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin çox yaxşı göstəricisidir. Çünki Azərbaycanda özəl sektor bu sahədə cəmləşib. Biz onların rəqabətqabiliyyətli olmasına kömək etmək üçün işləyirik. Şadıq ki, qeyri-enerji ixracatımız artır. Bu, şaxələndirilmənin göstəricisidir. Əlbəttə ki, biz daha çox iş görməliyik. Biz, həmçinin lazım olan zaman infrastruktur layihələrimizə verdiyi güclü dəstəyə görə Avropa Yenidənqurma və İnkişaf Bankına minnətdarıq. Lakin indi onların əksəriyyəti uğurla tamamlanıb. Cənub Qaz Dəhlizinə dəstəyə görə sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Biz bu yaxınlarda Məşvərət Şurasının 6-cı toplantısı çərçivəsində il ərzində görülən işləri və gələcək planları nəzərdən keçirdik. Beləliklə, tərəfdaşlıq hər zaman çox müsbət olub və müxtəlif vaxtlarda biz diqqəti Azərbaycan iqtisadiyyatının praktiki ehtiyacları üzərində cəmlədik. Düşünürəm ki, bu, həmçinin çox çevik və yekun nəticəyə istiqamətlənmiş yanaşmanın yaxşı göstəricisidir. Sözsüz ki, əməkdaşlığımız ərzində Azərbaycan bütün sahələrdə, o cümlədən, iqtisadi sahədə çox dəyişib. Ona görə də, indi qarşımızda duran çağırışlar və məsələlər 10 il bundan əvvəl üzləşdiklərimizdən fərqlidir. Beləliklə, bizim əsas istiqamətimiz özəl sektor, qeyri-enerji iqtisadiyyatı, yaşıl iqtisadiyyat, sənaye istehsalının artırılmasıdır. Biz qeyri-enerji sektorunda sənaye istehsalında bəlkə də ən yüksək səviyyəyə nail olmuşuq. Ötən il bu 15 faizə yaxın olub. Bu ilin yanvarında rəqəmlər təxminən eynidir. Beləliklə, bu, onu göstərir ki, infrastruktur layihələri, eləcə də, sahibkarlığa olan dövlət dəstəyi çox müsbət investisiya mühiti yaradıb. Siz “Doing Business” hesabatından bizim islahatlarımız barədə bilirsiniz. Biz 20-yə yaxın ən islahatçı ölkə arasında yer almışıq. Lakin yenə də çox iş görülməlidir. Ona görə də mən düşünürəm ki, qarşıdan gələn dövrdə, - biz 2020-ni yaxşı nəticələrlə başlayırıq, - əvvəllər olduğu kimi yenə də Avropa Yenidənqurma və İnkişaf Bankından eyni dəstəyi almaq üçün qısa və uzunmüddətli addımlarımızı və strategiyamızı müvafiq şəkildə planlaşdırmalıyıq. Əminəm ki, sizin bütün əlaqələriniz bizə bu məqsədə çatmağa imkan verəcək. Bir daha xoş gəlmisiniz.
X X X
Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink təmsil etdiyi bankla Azərbaycan arasında uzun illərdir mövcud olan münasibətlərdən razılığını ifadə etdi. İndiyə kimi Bankın ölkəmizə 3,3 milyard dollardan çox investisiya yatırdığını bildirən Yurgen Riqterink hazırda 1,1 milyard dollar dəyərində investisiya portfelinin olduğunu da söyləyib.
Avropa Yenidənqurma və İnkişaf Bankının icraçı direktoru ilə birlikdə Davosda Prezident İlham Əliyev ilə görüşünü xatırlayan qonaq Azərbaycan dövləti başçısının iqlim dəyişikliyi məsələləri və ölkədə xarici borcun azalması ilə bağlı görülən işlər barədə söylədiklərinin maraq doğurduğunu vurğulayıb.
Yurgen Riqterink ölkəmizdə həyata keçiriləcək birgə layihələrin icrası və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.
Söhbət zamanı bərpa olunan enerji, nəqliyyat, özəl sektorun inkişafı, meliorasiya və su təchizatı və digər sahələrdə əməkdaşlığın konkret istiqamətləri ilə bağlı müzakirələrin aparılmasının zəruriliyi qeyd edilib.
Görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 19 d. əvvəl
-
-
27 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
39 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
46 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
55 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın























