Daha bir qlobal bank Fed-in faiz endiriminə gedəcəyi proqnozunu verdi
JPMorgan Chase & Co., ABŞ Mərkəzi Bankının (Fed) Mart ayındakı yığıncağında ya da əvvəlində faizi 0,50 bənd aşağı sala biləcəyini nəzərdə tutur.
Marja xəbər verir ki, JPMorgan Chase & Co., koronavirusun ABŞ daxilində və dünyada yeni ölkələrə yayılması ilə, Fed-in Mart və Aprel aylarındakı yığıncaqlarında faiz endiriminə gedə biləcəyi və dünyanın ən böyük iqtisadiyyatı ABŞ-da iqtisadi artımın bu ilin ilk yarısında sıfır səviyyəsinə yaxınlaşa biləcəyi proqnozunu verib.
JPMorgan-ın Baş ABŞ iqtisadçısı Michael Feroli, Bazar ertəsi günkü hesabatında, Fed-in 17-18 Martdakı yığıncaqda ya da daha əvvəl faizi ehtimalla 0,50 bənd aşağı sala biləcəyini və Aprel ayındakı yığıncaqda da 0,25 bənd faiz endiriminə gedə biləcəyi təxminini verib.
Feroli, faizin bu il sıfır səviyyəsinə yaxınlaşma ehtimalının keçən həftəki səviyyəsi olan 33%-dən 50% ətrafına yüksəldiyini sözlərinə əlavə edib.
Fed-in faiz endiriminə gedəcəyinə dair proqnozlar hər ötən gün güclənir. Goldman Sachs Group Inc. dünən etdiyi qiymətləndirmədə Fed-in bu ay faizi 0,50 band aşağı salacağı proqnozunu verib.
Fed sədri Jerome Powell Cümə günü şərhində, Fed-in iqtisadi artımı dəstəkləmək üçün "uyğun adım atacağını" söyləyib.
Qeyd edək ki, hazırda Fed-in faizləri 1.50% - 1.75% aralığındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
28 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)









