Satınalmalar çoxlu nöqsanlar içində!
Təhlillər göstərir ki, qurumlar tərəfindən satınalmaların həyata keçirilməsi zamanı ən çox yol verilən nöqsanlar satın alınan malların (iş və xidmətlərin) ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi, tenderdə iştirak edən iddiaçıdan zəruri sənədlərin alınmaması, bank təminatı alınmadan avansın ödənilməsi, xüsusilə satınalma metodları tətbiq edilmədən və satınalma metodunun dəyişdirilməsi kimi nöqsanlardır.
“Marja” xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir.
Aparılmış təhlillər nəticəsində müəyyən olunub ki, audit olunan qurumlar tərəfindən 149 halda ehtimal olunan qiymət düzgün müəyyən edilməyib, 118 halda tenderdə iştirak haqqı alınmayıb, 86 halda tender komissiyasının fəaliyyəti müəyyən olunmuş qaydalara uyğun olmayıb (məsələn, komissiyanın tərkibi müvafiq qaydada formalaşdırılmayıb, zəruri hesabatlar tərtib edilməyib və s.), 171 halda iddiaçı kimi çıxış edən podratçılardan maliyyə vəziyyəti barədə sənədlər alınmayıb, 107 halda podratçının ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində müəyyən olunmuş tələblərə riayət edilməyib, 73 halda tender, təkliflər və kotirovka sorğusu barədə elanlar və nəticələr müəyyən edilmiş qaydada açıqlanmayıb, həmçinin müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində tələb olunan vaxtda və ya heç yerləşdirilməyib, 11 halda tender qalibi ilə müqavilə imzalanmayıb və 121 halda müqavilənin predmet və qiymətinin dəyişdirilməsinə yol verilib.
DÖVLƏT SATINALMALARI KEÇİRİLƏN ZAMAN QURUMLAR TƏRƏFİNDƏN YOL VERİLMİŞ ƏSAS NÖQSANLAR:
| Nöqsanlar | Hal | Məbləğ (min AZN) |
1 | Tender qiymətindən baha satınalma | 27 | 359,8 |
2 | Bank zəmanəti alınmadan avans ödənilməsi | 15 | 9460,2 |
3 | Müqavilənin müvafiq qaydada tərtib edilməməsi | 133 | 31949,6 |
4 | Zərurət olmadan bir mənbədən satınalma metodunun tətbiqi | 5 | 902,1 |
5 | Satınalma prosedurları tam keçirilmədən bağlanmış müqavilələr | 740 | 46744,5 |
6 | İxtisas göstəriciləri uyğun olmayan podratçılarla müqavilələrin bağlanılması | 136 | 25584,0 |
7 | Açıq tender metodu istifadə edilməli olduğu halda digər metodlardan istifadə | 67 | 23619,7 |
8 | Məbləğ məhdudiyyətinin aradan qaldırmaq məqsədilə müvafiq xərc maddəsi üzrə il ərzində nəzərdə tutulmuş vəsaitin ayrı-ayrı müqavilələrə bölünməsi | 391 | 15193,5 |
Cədvəldə əks olunmuş məlumatlara əlavə olaraq qeyd edək ki, "Azəriqaz" İB üzrə xarici valyuta ilə manat ifadəsində 57,2 mln. manat məbləğində satınalma "Dövlət satınalmaları haqqında" qanunda müəyyən edilməyən "seçmə qaydada müsabiqə" metodu tətbiq etməklə həyata keçirilib.
2016-cı ildə Hesablama Palatasının nəzarət tədbirləri malların (işlərin və xidmətlərin) alınmasına yönəldilmiş 1 mlrd. 525 mln. manat vəsaiti əhatə edib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)
.jpg)





.jpg)







