"Mənzil almaq üçün həddindən artıq süni boşanmalar var"

"Oğul atası ilə, ata oğlu ilə, ana qızı ilə yola getmədiyini deyir və buna görə də ayrı-ayrılıqda ev verilməsini tələb edirlər”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən yeni mənzilə sahib olmaq üçün məcburi köçkünlər arasında süni boşanmalar mövcuddur.
Bu barədə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib.
Onun sözlərinə görə, mənzillə bağlı problemi olmayan müəyyən məcburi köçkünlər Dövlət Komitəsi üçün çox böyük problemlər yaradırlar:
“Mənzillə təmin olunduqdan sonra otaq sayından narazı qalan məcburi köçkünlər, bundan əlavə özünün şəxsi evi olan məcbur köçkünlər ev üçün bizə müraciət edirlər. Həddindən artıq süni boşanmalar mövcuddur. Əlimizdə məhkəmənin qərarı var deyə biz heç nə edə bilmirik. Amma bilirik ki, bu, süni boşanmadır. Təbii ki, mən bunu bütün məcburi köçkün ailələrinə aid etmirəm. Çox təəssüf ki, məcburi köçkün ailələrinin içərisində belə problemlər var. Onlar hər vəchlə çalışırlar ki, mənzil alsınlar. Misal üçün, hansısa məcburi köçkünün şəxsi ev var, amma öz adına deyil. Buna görə də biz onun boynuna qoya bilmirik ki, bu ev sənin özəl evindir. Hamı bilir ki, həmin ev onun şəxsi evidir. Bizim üçün ən böyük problemi yaradan məsələ budur. Təsəvvür edin ki, oğul atası ilə, ata oğlu ilə, ana qızı ilə yola getmədiyini deyir və buna görə də ayrı-ayrılıqda ev verilməsini tələb edirlər”.
E.Zeynalov bildirib ki, Dövlət Komitəsi məcburi köçkün ailələrini otaq saylarına görə birləşdirə və bölə bilir:
“Biz otaq saylarına görə ailələri özü istəmədən ya bölürük, ya da birləşdiririk. Bu da irəli tikilən evlərin otaq saylarından irəli gəlir. Dövlət Komitəsi sifariş verdiyi mənzillər üzrə otaq saylarını əvvəlcədən bilir. Ona görə də sonradan heç bir ciddi problemlər yaşamırıq. Amma özəl şirkətlər tikəndə onlar sayı bilmədiyi üçün otaq sayları da əvvəlcədən müəyyənləşmir. Biz buna görə də məcburiyyət qarşısında qalanda otaq sayını bölürük. Yəni, məcburiyyət qarşısında qalıb ata və anaya ayrı, oğula ayrıca ev veririk. Bəzi hallarda isə biz ailələri birləşdiririk. Tutaq ki, 2 otaqlı mənzillər yoxdu. 3 və ya 4 otaqlı qalırsa, biz ailələri birləşdiririk. Bəzən deyirlər ki, ailədə gəlinlə qayınana yola getmir. Amma burada sual yaranır: Necə oldu ki, həmin gəlinlə qayınana yataqxanada bir otaqda 20 il yola getdilər, amma ev veriləndə yola getməməyə başladılar? Təbii ki, məcburi köçkünlərin bu problemi çox ağrılıdır”.
Qeyd edək ki, ötən il boşanmalar Bakı şəhərindən sonra Kəlbəcər-Laçın (2,3 faiz), Abşeron və Yuxarı Qarabağ (2,0 faiz) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7 faiz) yüksək olub.
“Report”
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 15 saat əvvəl
-
19 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
21 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
