Bu il yeni böyük elektrik stansiyasının tikintisinə başlanılacaq
“Azərenerji”nin xətti ilə bu il yeni böyük elektrik stansiyasının tikintisinə başlanılacaq.
"Marja" xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən deyib.
Prezident qeyd edib ki, bu stansiyanın generasiya gücü təqribən 350-400 meqavat ətrafında olacaqdır: "Buna ehtiyac var, tələbat var. Çünki qeyd etdiyim kimi, bizim ixrac imkanlarımız genişlənir, daxili tələbat getdikcə artacaq və daxili istehlak daim nəzərə alınmalıdır. Bizim hazırda 1000 meqavata yaxın generasiya gücümüz var ki, daxildə istifadə edilmir. Onun da böyük hissəsi ixrac olunur.
“Azərenerji”nin xətti ilə yeni külək elektrik stansiyasının tikintisinə də başlanılmalıdır. Bu yaxınlarda 50 meqavat gücündə bir stansiya istifadəyə verilmişdir. İkinci stansiyanın generasiya gücü 84 meqavatdır. Bu da Azərbaycanda bərpaolunan enerji növünün növbəti təzahürüdür. İndi dünyanın bir neçə ölkəsində buna oxşar layihələr icra edilir, xüsusilə təbii resurslarla zəngin olmayan ölkələrdə. Bizim isə siyasətimiz bundan ibarətdir, - baxmayaraq ki, neftimiz də, qazımız da var, - neftdən, qazdan qənaətlə istifadə etmək və daha çox ixraca yönəltmək üçün bərpaolunan enerji növlərindən istifadə etməliyik. Xüsusilə, nəzərə alsaq ki, Günəşimiz də, küləyimiz də boldur.
Eyni zamanda, Mingəçevir İstilik Elektrik Stansiyasının qalan üç blokunda bərpa-tikinti işləri aparılacaq. Beş blok təmir olunub və bu da əlavə təqribən 400 meqavata yaxın generasiya gücü deməkdir. Ona görə biz yaxın iki-üç il ərzində böyük dərəcədə enerji gücümüzü artıracağıq. Bununla paralel olaraq, əlbəttə ki, transformatorların quraşdırılması, yeni yarımstansiyaların fəaliyyətə başlaması, elektrik xətlərinin təzələnməsi gündəlikdə duran məsələlərdir".
"400 MİLYON DOLLARADƏK XARİCİ SƏRMAYƏ QOYULUŞU NƏZƏRƏD TUTULUR"
İlham Əliyev, "İki böyük xarici investor Azərbaycan ilə bərpaolunan enerji növlərinin istehsalı üzrə niyyət protokolu imzalamışdır" deyərək çıxışına belə davam edib:
"Əslində, bu, icra müqaviləsi adlandırılır və il ərzində, bir neçə ay ərzində bu müqavilələr üzərində daha müfəssəl iş aparılacaqdır. Əminəm ki, bu ilin sonunda müvafiq kontraktlar da imzalanacaq. Bu məsələnin çox böyük əhəmiyyəti var. Çünki bu, sırf xarici sərmayə hesabına istehsal ediləcək bərpaolunan enerji növləridir. Əlbəttə ki, - mən bunu giriş sözümdə də demişəm, - əgər bizim kredit reytinqimiz yüksək olmasa idi, biznes mühitinə görə Azərbaycan 20 ən islahatçı ölkə kimi tanınmasaydı, xarici investorlar vəsait qoymazdılar.
Mən o böyük şirkətlərin rəhbərləri ilə görüşərkən onu da yəqin etdim ki, bu qərarın əsas səbəbi ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq və Azərbaycanın uzunmüddətli inkişafına investorların inamıdır. Bunlar çox böyük layihələrdir. İki elektrik stansiyası tikiləcək - biri külək, biri Günəş. Bu iki stansiyanın ümumi generasiya gücü 440 meqavat səviyyəsindədir, çox böyük stansiyalardır. Təqribən, 400 milyon dollara qədər xarici sərmayə qoyuluşu nəzərdə tutulur. Ona görə əminəm ki, bundan sonra digər investorlar da maraq göstərəcəklər. Deyə bilərəm ki, bu layihəni icra etmək üçün bizə dünyanın 9 aparıcı şirkətindən müraciətlər daxil olmuşdur. Artıq, əgər belə demək mümkündürsə, kənarda qalmış şirkətlərlə də fərdi qaydada iş aparılır, onlar üçün yeni təkliflər hazırlanır. Əminəm ki, bərpaolunan enerji növlərinin ümumi generasiya gücümüzdəki payı getdikcə artacaq və artmalıdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
12 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















