“Sizin dövlət bankınız” mənfəətdə - MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2020-ci il tarixinə aktivlərinin həcmi 347,7 milyon manat səviyyəsində olmuşdur.
Bankdan "Marja"ya daxil olumuş məlumatda bildirilir ki, bankın kredit portfelinin həcmi 7% artaraq 178,4 milyon manata çatmışdır. Cəmi bank öhdəlikləri 292,1 milyon manat təşkil etmişdir.
Məcmu kapitalın həcmi 50,3 milyon manat olmuşdur. Qeyd edək ki, Bankın məcmu kapitalının adekvatlıq əmsalı 34%, leverec əmsalı isə 13,6% təşkil edir ki, bu da müəyyən edilmiş normalardan üç dəfə çoxdur.
Bankın nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir.
Ötən ilin son rübündə Bank 602 min manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə üç dəfədən çoxdur.
Depozit portfeli 142,1 milyon manat həcmində olmuşdur ki, bunun da 38 milyon manatı əhalinin əmanətləridir.
2019-cu ildə Bankın müştərilərinin sayı 36 faiz artaraq 65 990 nəfərə çatmışdır.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat sonra
-
- 27 d. əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















