PAŞA Bank proqramçılar müsabiqəsinin qaliblərini açıqladı - ADLAR
 
 Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ölkədə proqramçılar üçün ilk dəfə keçirilən "PASHA Bank Cup" müsabiqəsinin nəticələrini açıqlayıb.
Yanvar ayının 25-də Bakı Mühəndislik Universitetində keçirilən proqramlaşdırma yarışmasının sonuncu mərhələsində 38 finalçı iştirak edib.
Azərbaycanın proqramlaşdırma sahəsinin aparıcı mütəxəssisləri 4 saat müddətində 8 alqoritmik tapşırıqdan ibarət olan yarışmada öz qüvvələrini sınayıb. Müsabiqənin nəticələri münsiflər heyətində təmsil olunan Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, Bakı Mühəndislik Universitetinin baş müəllimi Etibar Seyidzadə, PAŞA Bankın Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri Vüsal Xəlilov və PAŞA Bankın Rəqəmsal Laboratoriyasının baş proqramçısı Rəşad Əmircanov tərəfindən açıqlanıb. Beləliklə, fərqli kateqoriyalar üzrə göstəriciləri ən yüksək olan və tapşırıqları ən tez cavablandıran 10 iştirakçı qalib elan edilib.
“PASHA Bank Cup” yarışmasının qaliblərinin adları:
| Yer | Nəticə (%) | Mükafat | |
| Kateqoriya: peşəkarlar Fərid Əhmədov | 1 | 100 | Apple Macbook Pro 15.4 2018 Touch | 
| Rəşad Məmmədov | 2 | 100 | Apple iPad 9.7 32Gb Wi-Fi Grey | 
| Eldar Mustafayev | 3 | 75.82 | Apple AirPods 2 | 
| Kateqoriya: tələbələr | |||
| Ülvi Aslanlı | 1 | 100 | Apple iPad 9.7 32Gb Wi-Fi Grey | 
| Nicat Hüseynov | 2 | 77.56 | Apple AirPods 2 | 
| Kamal Bağırlı | 3 | 69.56 | E-reader Pocketbook 614 Black | 
| Kateqoriya: şagirdlər | |||
| Murad Eynizadə | 1 | 100 | Apple AirPods 2 | 
| Əziz Hüseynov | 2 | 100 | E-reader Pocketbook 614 Black | 
| İbrahim Tağızadə | 3 | 82.6 | Xiaomi Mi Band 4 | 
| Hüseyn Hacıyev | 4 | 82.6 | Xiaomi Mi Band 4 | 
Qeyd edək ki, proqramçılar üçün nəzərdə tutulan "PASHA Bank Cup" müsabiqəsi Bakı Mühəndislik Universitetinin dəstəyi ilə həyata keçirilib. Bundan əvvəl keçirilən 4 təsnifat mərhələsi online şəkildə HackerRank platforması üzərindən keçirilib. Bu mərhələlərdə ümumi olaraq 163 nəfər iştirak edib.
PAŞA Bank Azərbaycanda proqramlaşdırma sahəsinin daha da inkişaf etdirilməsini, bu sahədə çalışan mütəxəssislərin, təhsil alan tələbələrin, eləcə də şagirdlərin daha dərin biliklərə və peşəkar bacarıqlara yiyələnməsini hədəfləyən müsabiqələri müntəzəm olaraq keçirmək niyyətindədir.
Müştərilərin xəbərləri
 
                        Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     1 gün sonra
                    Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı! 
- 
                         📲 İndi
 Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
 ♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
 ♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 
                     2 saat əvvəl
                    “Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu 
- 
                     2 saat əvvəl
                    4-cü avtomobil təqdim edildi, növbəti sən ola bilərsən - Həyəcan davam edir! 
- 
                     2 saat əvvəl
                    Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO 
- 3 saat əvvəl
- 
                     3 saat əvvəl
                    53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır 
- 
                     3 saat əvvəl
                    9 ayda Azərbaycan Rusiyaya 879 milyon dollarlıq qeyri-neft malları ixrac edib 
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
 
                                    "PAŞA Həyat"da yeni təyinat
 
                                    “Monetri” BOKT və və onun vəzifəli şəxsi cərimələnib
 
                                Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
 
                                53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Ən çox oxunanlar
 
                                Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib
 
                                Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
 
                                Avrozonada inflyasiya hədəfə yaxınlaşıb
 
                                

 
                         
                    




 
                                 
                                 
                                
 
                             
                             
                             
                            



.jpg)
 
                                     
                                     
                                     
                                     
                                    



.jpg)



