“FİNCA Azerbaijan” Bakıda yeni filialını açır
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Bakıda yeni filialının açılışına hazırlaşır.
“Marja” xəbər verir ki, təşkilatın 15-ci filialı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sakit Qocayev 29 ünvanında (Aygun Mall ticarət mərkəzinin qarşısında) açılacaqdır.
Yeni ofis öz işini irəli aparmaq istəyən kiçik sahibkarların FINCA-nın maliyyə xidmətlərindən faydalanmağa imkan verəcək.
Ötən il “FINCA Azerbaijan” filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində 9 yeni filial açaraq ofislərinin ümumi sayını 14-ə çatdırmışdı. “FINCA” 2020-ci ildə daha 8 filial açılmasını planlaşdırdığını bəyan etmişdi.
Məlumat üçün bildirək ki, “FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 15 saat sonra
-
-
45 d. əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 46 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 1 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
3 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
























