Ələkbərov Medvedevin dövründə 13 milyard dollar qazanıb - Siyahı
“Forbes” jurnalı Dmitri Medvedevin Baş Nazir olduğu müddətdə daha çox gəlir əldə edən biznesmenlərin siyahısını tərtib edib.
“Forbes Real Time”da bildirilir ki, Medvedev Rusiya hökumətinə 2012-ci ilin mayında rəhbərlik etməyə başlayıb. O zamanlar “Rusiyanın 200 zəngin iş adamı” siyahısında 96 milyarder olub. O, 2020-ci il yanvarın 5-də istefaya gedəndə artıq milyarderlərin sayı 102 nəfərə yüksəlmişdi.
Məlumata görə, 2012-ci ilin yazında Rusiyanın ən zəngin 10 adamının sərvəti ümumilikdə 140,3 milyard dollar, 2020-ci ilin yanvarında isə 199.5 milyard dollar təşkil edib.
Medvedevin vəzifədə keçirdiyi 8 il Rusiya biznesi üçün çətin olub. Misal olaraq antirusiya sanksiyaları kimi inanılmaz çətinlikləri göstərmək olar. Nəticədə, 2012-ci ildə “Forbes” siyahısında olan 31 iş adamı milyarder adını itirib. Lakin onları biri qadın (Tatyana Bakalçuk- 1 milyard dollarla siyahıda 94-cü yerdədir) olmaqla 37 nəfər əvəzləyib. Həm də ölkə üçün yeni fürsətlər açılıb, yalnız Soçi Olimpiadasını və Dünya Kubokunu xatırlamaq kifayət edər.
Dmitri Medvedevin rəhbərliyi dövründə ən çox qazanan “Sibura” və “Novatek” iri auksionerlərinin rəhbəri Leonid Mihelsondur. Belə ki, 2012-ci ildə onun sərvəti 11,9 milyard dollar idisə, bu rəqəm 2020-ci ildə 26,4 milyard dollar təşkil edir.
İkinci yerdə Novateka” və “Sibura”nın direktorlar şurasının üzvü Qennadi Timçenko qərarlaşıb. O, 2012-ci ildə 9,1 milyard dollar sərvətə sahib olub. Hazırda 22,1 milyard dolları var.
Üçüncü yerdə isə azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin Prezidenti Vahid Ələkbərovdur. 2012-ci ildə 13,5 milyard dollar sərvətə sahib olan biznesmenin hazırda 25,9 milyard sərvəti var.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)









