Yağış yağacaq, külək əsəcək
Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Yanvarın 11-də Azərbaycanın rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək.
Lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
14 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub

























