Müştəri şikayət etdi, tanınmış otelin direktoru işdən çıxarıldı
“Park Qusar Resort” otelinin direktoru və daha bir neçə vəzifəli şəxs işdən çıxarılıb.
Vətəndaş Hökümə Səlimzadə bildirib ki, yanvarın 3-də oteldən 3 otaqlı kottec bron ediblər: “Biz 3 ailə azyaşlı uşaqlarımızla Qusara getdik. Saat 12-də ora çatanda otellə əlaqə saxladıq, amma otelə girişin saat 2-də olacağını dedilər. Biz də saat 3-də otelə getdik, lakin hələ də bizim kottec təmizlənməmişdi. Dedilər otel doludur deyə xadimə çatdırmayıb. Biz uşaqlara görə heç olmasa 1 otaq vermələrini istədik, o otağı da özümüz təmizləyib, apardığımız yataq dəstlərini saldıq. Bizdən başqa da bir neçə nəfər təmizlik gec olub deyə narazılıq edirdilər. Sonra səhər yeməyində də problemlər yarandı, çayla kofeni termoslara doldurub verirdilər, o da soyuq idi. Yeməklər də təmiz deyildi, yağ, şor, balı duz qabına töküb verdilər”.
“Park Qusar Resort” otelinin satış təmsilçisi Vüsal Ağayev belə bir problem yaşandığını təsdiqləyib: “Bayram günləri olduğu üçün müştəri sayı çox idi, lakin rəhbərlik az işçi götürdüyü üçün xadimələr təmizlik işlərini çatdıra bilmirdilər. Buna görə də otelin sahibi tərəfindən direktor Anar müəllim və 15 işçi vəzifəsindən çıxarıldı. İndi otelə Ceyhun müəllim rəhbərlik edir. Artıq əlavə işçilər götürülüb və hər şey qaydasındadır. Narazı olan və şikayət edən müştərimizə isə otelin rəhbərliyi adından bildirirəm ki, buyursun bizə müraciət etsin, heç bir ödəniş etmədən onlara yenidən xidmət edərək könüllərini almağa hazırıq”.
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)






.jpg)

