Yeni agentlik yaradıldı - FƏRMAN
Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradıldı.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərman, Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətini təkmilləşdirmək və təhsil sisteminin müasir tələblərə uyğun davamlı inkişafını təmin etmək məqsədilə qərara alınıb.
"Marja" xəbər verir ki, Fərman ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilib.
Sərəncamda deyilir:
Təhsildə Keyfiyyət Təminatı Agentliyində (bundan sonra - Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
Azərbaycan Respublikasının Prezidentinə:
-Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyənləşdirilməsi, onlarda dəyişiklik edilməsi;
-Agentliyin yenidən təşkili və ləğv edilməsi.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə:
- bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Agentliyin inzibati bina ilə təmin olunması üçün müvafiq tədbirlər görsün, zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
- Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;
- Agentliyin strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq etsin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
“Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 69, № 4, maddə 656) 8.5-ci bəndi ləğv edilsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
6 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
10 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
10 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















