2 sığorta şirkətinin və 1 bankın səhmdarı olan şirkət növbədənkənar yığıncaq çağırdı
28 Yanvar 2020-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Marja” şirkətin elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə, “2019-cu ilin ilkin maliyyə hesabatlarının müzakirəsi”, “Cəmiyyətin keçmiş illər üzrə bölüşdürülməmiş mənfəəti barədə müzakirə” və “digər məsələlər” daxildir.
Yığıncaq “AzRe Təkrarsığorta”nın Bakı, şəhəri, A.Bakıxanov küç, 6 ünvanında yerləşən “Bridge Plaza”da yerləşən baş ofisində keçiriləcəkdir.
Konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatına görə, “AzRe Təkrarsığorta” ASC 2018-ci ili 28 milyon 478 min manat xalis mənfəət ilə başa vurmuşdur. Ötən ilin sonunda şirkət 44 milyon 125 min manat bölüşdürülməmiş mənfəətə malik olmuşdur. Əgər şirkət 2019-cu ili də mənfəətlə başa vurursa, bölüşdürülməmiş mənfəət daha yüksək məbləğdə ola bilər.
Qeyd edək ki, “AzRe Təkrarsığorta” ASC-nin 6 fiziki şəxsə məxsus olduğu məlumdur. Şirkət “Qala Sığorta” şirkətinin 100%-lik, “Qala Həyat Sığorta” şirkətinin 91.11%-lik, “Azər-Türk Bank”ın isə 6,55%-lik səhmdarıdır.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 6 d. əvvəl
-
31 d. əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb








.jpg)











