İlham Əliyev "AzVirt" şirkətini təriflədi - "Çəkdiyiniz yolda 11 ildir problem yoxdur"
Azərbaycan Prezidenti İlham Əliyev "AzVirt" şirkətini tərifləyib. "AzVirt" Azәrbaycanın әn böyük vә tanınmış yol tikinti şirkәtlәrindәn biridir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub. Görülən işlər barədə dövlətimizin başçısına məlumat vermək üçün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisini həyata keçirən “AzVirt” şirkətinin İcraçı direktoru Kamil Əliyev də Prezidentin yanında idi.
"Marja" xəbər verir ki, Prezident İlham Əliyev "AzVirt" şirkətinin İcraçı direktoruna üzünü tutaraq, “Siz də bu yolları keyfiyyətlə çəkirsiniz, bilirəm” deyərək sözlərinə belə davam edib.
"Siz Bakı-Aeroport yolunu 2008-ci ildə istifadəyə verdiniz, bu günə qədər orada demək olar ki, heç bir problem yoxdur. Yolu on bir il ərzində belə vəziyyətdə saxlamaq üçün, əlbəttə, böyük təcrübə və keyfiyyət olmalı idi. Ona görə bu yolu da eyni keyfiyyətlə çəkməlisiniz. Azərbaycan dövlətinin dəstəyi ilə siz xaricdə layihələr reallaşdırırsınız. Eşitmişəm ki, indi sizin fəaliyyət dairəniz genişlənir, yeni ölkələrə öz təkliflərinizi təqdim edirsiniz. Çox yaxşı, Azərbaycan şirkətləri həm Azərbaycanda, həm də başqa ölkələrdə layihələrdə iştirak etməlidirlər”.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 21 d. əvvəl
- 24 d. əvvəl
-
24 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib






















