Yeni Bakı - Rusiya sərhədi yolu ödənişli olacaq - İSTİSMARA VERİLƏCƏYİ TARİX
Yeni Bakı - Rusiya Federasiyasının sərhədi avtomobil yolu ödənişli olacaq.
“Marja” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırkı yol Bakıdan Samur sərhəd-keçid məntəqəsinədək 208 kilometrdir. Yeni yol isə 16 kilometr qısa -192 kilometr olacaqdır. Yol rayon mərkəzlərindən keçməyəcək, yalnız onlara qovşaqla birləşəcəkdir.
Bir çox hissələrdə yolun tam eni 27,5 metr olacaq. Hərəkətin hər iki istiqamətində iki zolaq olacaq.
“Yol ödənişli olduğu üçün yolun başlanğıcında turniketlər qoyulacaq. Turniketlər hissəsində hər istiqamətdə 5 cərgəli yol olacaq, 4 cərgəsi hərəkət, 1 cərgəsi ehtiyat maşınların saxlanması üçün. Hərəkət hissəsinə kənar heç nə daxil ola bilməməsi üçün yolun hər iki tərəfi çəpərlənəcək”, - Saleh Məmmədov deyib.
Ümumiyyətlə, yol boyu ödəniş məntəqələri ilə birlikdə 7 turniket olacaq.
Saleh Məmmədov əlavə edib ki, 2020-ci ilin may ayının əvvəllərində bu yolun 100 kilometr hissəsinin tam ödənişli şəkildə istismara verilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 20 d. əvvəl
- 23 d. əvvəl
-
24 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib























