Azərbaycandan Gürcüstana axın gözlənilir - ƏLAVƏ QATAR VƏ VAQONLAR CƏLB EDİLİR
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2020-ci təqvim ili ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata görə, bayram və istirahət günlərində sərnişinlərin Bakıdan Tbilisiyə və geriyə daşınması üçün dekabrın 27, 28, 29, 30-da və yanvarın 01, 02, 03, 04-də xəttə əlavə qatarlar qoşulacaq. Həmçinin Tbilisidən geriyə qayıdan sərnişinlər üçün 28, 29, 30, 31- i dekabr və 01, 02, 03, 04, 05 yanvar tarixlərində Bakı-Tbilisi-Bakı beynəlxalq qatarının tərkibinə vaqonlar əlavə ediləcək.
Belə ki, dekabrın 27, 28, 29 –u və yanvarın 01-də qatar 10-15 vaqonla yola düşəcək. Hər reysdə 400-600 sərnişinin daşınması nəzərdə tutulur. Dekabrın 30-da isə Bakı-Tbilisi qatarı maksimum sayda - 22 vaqonla təxminən 860 sərnişinlə hərəkət edəcək.
Geriyə Tbilisidən sərnişin axını əsasən 02, 03, 04 və 05 yanvar 2020-ci il tarixlərində gözlənilir.
Respublika daxilində sərnişin sıxlığnın artdığını nəzərə alaraq, yerli istiqamətdə sərnişinlərin daşınmasını təmin etmək məqsədilə dekabrın 27-dən, 04 yanvar tarixi daxil olmaqla Bakı-Böyük Kəsik sürət və Bakı-Balakən-Bakı sərnişin qatarlarına əlavə plaskart tipli vaqonlar qoşulacaq.
Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, dekabrın 31-də Bakıdan həmin marşrut üzrə bir əlavə reys təyin ediləcək. Saat 8:00-da Bakıdan yola düşəcək qatar saat 11:45-də Gəncəyə çatacaq. Saat 16:00-da isə Gəncədən yola düşəcək və saat 19:45-də Bakıda olacaq.
“Azərbaycan Dəmir Yolları” bir daha sərnişinlərin nəzərinə çatdırır ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına biletlər 10 gün, beynəlxalq istiqamətə isə 30 gün əvvəldən satışa çıxarılır. Əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 21 d. əvvəl
- 24 d. əvvəl
-
24 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib



















