"SOCAR AQS" Bakıda Qazma Tədris Mərkəzini açdı

“SOCAR AQŞ” Bakıda unikal dinamik simulyatorlarla təchiz olunmuş Qazma Tədris Mərkəzini (Bakı Drilling School) açıb.
Bu gün Bakıda Xəzər Hövzəsi regionunun ən müasir Qazma Təlim Mərkəzi hesab edilən – "Baku Drilling School" açılıb.
“SOCAR AQŞ”nin yaydığı məlumatda bildirilir ki, "Baku Drilling School" ən innovativ qazma simulyatorları və beynəlxalq təcrübəyə malik mütəxəssisləri ilə regionda peşəkar qazma heyətinin yetişdirilməsində önəmli rol oynayacaq.
Neft-qaz sənayesinin müxtəlif sahələrinə dair 40-dan çox təlim proqramlarını təklif edən "Baku Drilling School" regionda Quyuya Nəzarət Beynəlxalq Forumu (IWCF), Qazma Podratçılarının Beynəlxalq Assosiasiyası (İADC) və Dənizdə Neft Sənayesi Təlim Təşkilatı(OPİTO) kimi nüfuzlu təsisatların akkreditasiyalarını əldə etmiş ilk təlim mərkəzidir.
"Baku Drilling School"da yaradılmış innovativ maddi-texniki baza gənc mütəxəssislərin nəzəri və təcrübi biliklərinin vəhdətinə önəmli töhfə verərək müasir tələblərə cavab verən kadrların yetişdirilməsində əvəzsiz rol oynayacaq.
Belə ki, dünyanın ən son çoxfuksional simulyatoru hesab edilən Endeavor XI Platinum dinamik simulyatoru Qazma Təlim mərkəzində quraşdırılıb. Endeavor XI Platinum simulyatoru layın geofiziki və geoloji xüsusiyyətlərini öncədən proqramlaşdıraraq quyuların qazılması zamanı baş verə biləcək mürəkkəbləşmələri və riskləri öncədən proqnozlaşdmaqda və qarşısını almaqda mütəxəssislərə unikal təcrübə imkanı yaradır. Təlim iştirakçıları simulyatorun geniş imkanlarından yararlanaraq GeoCube modelinin 3D formatı vasitəsilə istənilən qazma qurğusunu və quyuları əhatəli təsvir və idarə edə bilir. Əldə olunmuş təcrübə sayəsində gənc kadrlar həm peşəkarlıq, həm də psixoloji baxımdan real qazma şəraitindəki tapşırıqların öhdəsindən uğurla gəlmək iqtidarında olurlar.
SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev bildirib: "SOCAR AQŞ "Baku Drilling School"u təsis etməklə regionun neft-qaz sənayesində səriştəli kadrların yetişdirilməsinə özünəməxsus töhfəsini verir. Ən son simulyator texnikasını və peşəkar təlimçiləri cəlb etməklə biz, regionda rəqabətədavamlı təsisatların da təşəkkül tapmasına dəstək veririk. Ümidvaram ki, Baku Drilling School tezliklə dünyada fəaliyyət göstərən digər qazma təlim mərkəzləri arasında öz layiqli yerini tutacaq və Azərbaycan qazmaçılarının tarixi öncül rolunun dünyada tanınmasına xidmət edəcəkdir. Onilliklər ərzində Bakı dünyanın neft sənayesi mütəxəssisləri üçün bir məktəb olmuşdur. Əminik ki, Bakı Qazma Məktəbi də Azərbaycandan qeyri-neft xidmətləri ixracının artmasına töhfə verə biləcəkdir!’’
"Baku Drilling School" MMC-nin direktoru, İWCF-nun Avropa filialının vitse-prezidenti Nəriman Müstafayev bildirib: "Bakıda ən müasir QazmaTəlim Mərkəzinin açılmasından qurur duyuram. 173 illik zəngin neft tarixinə malik Bakı öz şöhrəti ilə Baku Drilling School-a böyük üstünlük verir. Mərkəzin yaradılmasında bilavasitə böyük rolu olan SOCAR AQŞ isə yenilikçiliyi və öncüllüyü ilə bizə nümunədir. Əminəm ki, biz keyfiyyətli təlim proqramlarımızla və uğurlu fəaliyyətimizlə bu etimadı doğruldacağıq!”.
Qeyd edək ki, "Baku Drilling School"un açılış mərasimində yerli və beynəlxalq neft-qaz sənayesinin nüfuzlu təmsilçiləri hesab edilən SOCAR, BP, Total, Halliburton, Schlumberger, Weatherford, Gulf Drilling, Turan Mühəndislik və Qazma MMC və s. şirkətlərin yüksək nümayəndə heyəti iştirak ediblər.
Tədbirdə ‘’Baku Drilling School’’ MMC ilə Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransa Universiteti və Azərbaycan Texniki Universiteti arasında potensial əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
21 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
8 d. əvvəl
"Müştəri gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirə bilər"
-
50 d. əvvəl
Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir
-
1 saat əvvəl
Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib
-
2 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
Son Xəbərlər

BVF: Qlobal borcun dünya ÜDM-nə nisbəti 235%-i keçib

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Fed-in faiz endirimi və bazarlara təsiri: Analitik baxışı

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI
