Türkiyənin milli avtomobilindən ilk görüntü paylaşıldı - TƏQDİMATINA 3 GÜN QALDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli (milli) avtomobil layihəsini 8 il əvvəl dilə gətirmiş və 2011-ci ilin Yanvar ayında yerli avtomobil üçün "igidlərə" çağırış etmişdi. “Marja”nın məlumatına görə, bu mövzuda ilk konkret addım 2 Noyabr 2017-ci ildə atıldı və "Anadolu Grubu", BMC, "Kıraça Holding", "Turkcell" və "Zorlu Holding"dən ibarət 5 "igid" ictimaiyyətə tanıdıldı.
5 "igid" ilə imzalanan protokol ilə Sənaye və Texnologiya Nazirliyinin koordinasiyasında Türkiyənin Avtomobili Təşəbbüsü Qrupu (TOGG) yaradılıb. Qrupda 5 şirkətin hər birinin 19%, TOBB-in (Türkiye Odalar ve Borsalar Birliği) isə 5% payı var.
Türkiyənin Avtomobili Təşəbbüsü Qrupunun rəsmi “Twitter” səhifəsindən yerli avtomobillə əlaqədar ilk paylaşma edilib. Paylaşmada "Türkiyənin avtomobili ilə tanış olmaq üçün geri sayma başladı... Hər gün 14.30-da yeni bir detalı kəşf etmək üçün bizi izləməyə davam edin" mesajı yazılıb. Paylaşmada yerli avtomobilin yalnız faralarının işığının göründüyü bir fotoşəkil də yer alıb.
Türkiyənin avtomobili 27 dekabrda Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təqdim ediləcək. Ərdoğan Türkiyənin avtomobilini Osman qazi Körpüsü üzərindən keçərək test edəcək.
Türkiyənin milli avtomobilinin dizaynını məşhur İtaliya şirkəti "Pininfarina" həyata keçirib. "Pininfarina" dünyanın ən məşhur və ən böyük avtomobil dizayn şirkətlərindən biridir. 1930-cu ildə qurulmuş şirkət məşhurluğunu "Ferrari" və "Lambhorgini" dizaynları ilə qazansa da "Fiat", "Alfa Romeo", "Lancia", "Maserati", "Cadillac", "Volvo" və "Peugeot" kimi markalara da dizaynlar edir. TOGG milli avtomobilin dizaynı üçün "Pininfarina" ilə əməkdaşlıq edib. Artıq prototip avtomobillər İtaliyadan Türkiyəyə daşınıb.
İSTEHSALI 2022-DƏ BAŞLAYACAQ
Prototipi İtaliyada istehsal edilən Türkiyənin milli avtomobilinin istehsalı 2022-ci ildə başlayacaq. Ağıllı zavodun inşasına yaxın aylarda başlanacaq. İlk avtomobil C SUV olacaq, 2030-cu ilə qədər cəmi 5 model və 3 "facelift" (makiyaj) reallaşacaq.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 21 d. əvvəl
- 24 d. əvvəl
-
24 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib























