"Azərmaş”, sədrinin planına əməl edə bilmədi
“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar - noyabr aylarında (11 ayda) Azərbaycanda 2072 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci ilin yanvar - noyabr ayları ilə müqayisədə minik avtomobili istehsalı 2,6 dəfə artıb.
ARDICIL 5 AYDIR HƏR AY 192 ƏDƏD AVTOMOBİL İSTEHSAL EDİLİR
2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında 107 ədəd, Aprelində 153 ədəd, Mayında 490 ədəd, İyun ayında 186 ədəd, İyul ayında 192 ədəd, Avqust ayında 192 ədəd, Sentyabr ayında 192 ədəd, Oktyabr ayında 192 ədəd, Noyabr ayında da 192 ədəd minik avtomobili istehsal edilib.
ANBARDAKI AVTOMOBİLLƏRİN SAYI ARTIB
01.12.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 422 ədəd təşkil edib. 01.11.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 367 ədəd təşkil etmişdi.
Xatırladaq ki, ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı.
"2019-cu ildə “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur",- Fevral ayında "Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında demişdi. İlin qalan 1 ayı ərzində 1000 ədəd minik avtomobilinin istehsal ediləcəyi inandırıcı görünmür.

Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri (NAZLifan) yığır.
TRAKTOR İSTEHSALI TƏNƏZZÜLDƏDİR
Həmçinin, 2019-cu ilin yanvar- noyabr dövründə ölkəmizdə 901 ədəd traktor istehsal edilib. 2018-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə traktor istehsalı 26,4% azalıb. 10 ayda ölkəmizdə cəmi 899 traktor istehsal edilmişdi. Noyabrda cəmi 2 traktor yığılıb.
01.12.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 323 ədəd traktor təşkil edib.
Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 20 d. əvvəl
- 23 d. əvvəl
-
24 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib






















