Bank və sığorta şirkətinin səhmdarı olan şirkət kapitalını azaldır
“Xalq Bank”ın və “Xalq Sığorta” şirkətinin səhmdarı olan "İdeal Biznes KO." MMC nizamnamə kapitalını azaltdığını elan edib.
"Marja" şirkətin elanına istinadən xəbər verir ki, kreditorlar 1 ay müddətində AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanına müraciət edə bilərlər.
“Xalq Bank”ın nizamnamə kapitalının 50%-i, “Xalq Sığorta” şirkətinin nizamnamə kapitalının da 50%-i "İdeal Biznes KO." MMC-yə məxsusdur.
Noyabr ayında Azərbaycanda 3 iri maliyyə təşkilatının səhmdarı olan "Yevro Standart" MMC şirkəti nizamnamə kapitalını azaltdığını elan edib.
ASC "Xalq Bank"ın nizamnamə kapitalının 33.85% -i, "Bank Avrasiya" ASC-nin nizamnamə kapitalının 37,50%-i və "Xalq Sığorta" ASC-nin nizamnamə kapitalının 50%-i "Yevro Standart" şirkətinə məxsusdur.
"İdeal Biznes KO." MMC və "Yevro Standart" MMC hazırda kapitallarının nə qədər olduğunu və nə qədər azaldılacağını açıqlanmayıblar.
"Yevro Standart" MMC və "İdeal Biznes KO." MMC şirkəti "PAŞA Holdiq" ilə eyni ünvanda (Neftçilər pr., ev 153) fəaliyyət göstərir.
"Xalq Bank" 364 milyon 772 min manat, "Xalq Sığorta" isə 57 milyon 750 min manat nizamnamə kapitalına malikdirlər.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti




















