PAŞA Sığorta şirkəti vətəndaşları dələduzlara aldanmamağa çağırır
(®) PAŞA Sığorta şirkətinə daxil olan çoxsaylı şikayətlər əsasında şirkətlə əlaqəsi olmayan bir qrup şəxs tərəfindən dələduzluq halları qeydə alınıb.
Araşdırmalara əsasən müəyyən edilib ki, dələduzlar PAŞA Sığorta adından zənglər edərək vətəndaşları işə dəvət edir və işə qəbul qarşılığında ödəniş terminalları vasitəsilə müəyyən məbləğdə pul köçürmələri tələb edirlər. Sözügedən dələduzluğun bir neçə qurbanı qeydə alınıb, belə ki, iş təklif olunan bəzi insanlar tələb edilən miqdarda ödəniş həyata keçiriblər.
PAŞA Sığorta şirkəti vətəndaşları bu kimi təkliflərə aldanmamağa çağırır. Bu cür hallar şirkətin işə qəbul siyasətinə ziddir və bu şəxslərin PAŞA Sığorta ASC ilə heç bir əlaqəsi yoxdur. Əhaliyə tövsiyə olunur ki, belə hallarla üzləşdikdə hüquq-mühafizə orqanlarına müraciət etsinlər.
Şirkətdə mövcud vakansiyalar haqqında ən son məlumatı yalnız https://www.pasha-insurance.az/career/ ünvanından əldə edə bilərsiniz və müvafiq vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 5 d. əvvəl
-
30 d. əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb








.jpg)











