OPEC-in yığıncağından qərar çıxmadı
Səudiyyə Ərəbistanının neft naziri Şahzadə Əbdüləziz bin Səlman: OPEC-ə üzv olmayan müttəfiqlərimiz ilə görüşmədən əvvəl bir razılaşma olduğunu söyləyə bilmərik.
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) 177-inci yığıncağından qərar çıxmadı.
"Marja" xəbər verir ki, Avstriyanın paytaxtı Viyanada dünən yerli saatla 17.15-də 2 saat gecikmə ilə başlayan yığıncaq, yerli saatla 23.05-də (Bakı vaxtı ilə saat 02.05) sona çatıb.
Mətbuata bağlı təşkil edilən və təxminən 6 saat davam edən yığıncağın ardından, OPEC-in xam neft istehsalının azaldılması müddətini uzatması və ya istehsalı daha çox azaltmaq haqqında hər hansı bir qərar çıxmayıb.
OPEC-in Baş qərargahında yığıncağın ardından keçirilməsi lazım olan mətbuat konfransı da ləğv edilib.
Təşkilat üzvü 14 ölkənin enerji və neft nazirlərinin bir çoxu da yığıncağın ardından mətbuat mənsublarının suallarını cavabsız qoyaraq, OPEC-in Baş qərargahından gediblər.
Səudiyyə Ərəbistanının Neft naziri Şahzadə Əbdüləziz bin Salman, yığıncaqdan sonra jurnalistlərə verdiyi açıqlamada, "OPEC-ə üzv olmayan müttəfiqlərimiz ilə görüşmədən əvvəl bir razılaşma olduğunu söyləyə bilmərik" deyib.
Selman, bir jurnalistin, "Yaxşı, OPEC üzvləri arasında bir razılaşma varmı?" sualına isə "Təbii ki" cavabını verib.
Rusiya daxil 10 OPEC üzvü olmayan neft istehsalçısı ölkələrin OPEC-lə birlikdə təşkil edəcəyi 7-inci Nazirlər Yığıncağı, bu gün yerli saatla 11.00 (Bakı vaxtı ilə 14.00) Viyanada başlayacaq.
Dünən Viyanada OPEC və OPEC-ə üzv olmayan ölkələrin iştirak etdiyi Ortaq Nazirlər İzləmə Komitəsi (JMMC) Yığıncağının ardından mətbuat mənsublarına açıqlama verən Rusiyanın Energetikai naziri Aleksandr Novak, OPEC-in neft istehsalını əlavə gündəlik 500 min barel azaldılmasını tövsiyə etdiyini söyləmişdi. Hazırkı razılaşmaya görə, OPEC və OPEC-ə üzv olmayan müttəfiqlər gündəlik hasilatlarını 1,2 milyon barel azaltmalıdırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)






.jpg)





