QİK İnnovasiya və Akselerasiya (iX) Proqramının təlimləri Bakıda keçiriləcək

(®) Biznesdə rəqabətin sürətlə artması dünyada, eləcə də Azərbaycanda intellektual kapitalın inkişafında, həmçinin sahibkarlıq fəaliyyətində innovasiyaların tətbiqinin zəruriliyini daha da artırıb.
Ölkəmizdə aparılan islahatların başlıca istiqamətlərindən olan və biznesin real tələblərini əks etdirən bu yanaşmalar yeni bazar tendensiyalarını da özü ilə gətirməkdədir. Bütün bunları nəzərə alaraq, bazarın resurs və tələblərinə uyğun innovasiyaların formalaşdırlması və biznesdə tətbiqi yollarını öyrənmək, eləcə də bu istiqamətdə dünya bazarı ilə inteqrasiyanı rentabelli təmin etmək üçün “İnnovasiya və Akselerasiya (iX) Proqramı” Bakıda keçirləcəkdir.
“İnnovasiya və Akselerasiya (iX) Proqramı” çərçivəsində olan bu təlimlər Stanford Universiteti Peşəkar İknişaf Mərkəzinin lisenziyalı kurs materialları əsasında Qlobal İnnovasiyalar Katalizatoru (QİK) təlimçiləri və dünayanın beyin mərkəzi hesab olunan Silikon Vadisinin aparıcı mütəxəsisləri tərəfindən keçiriləcək.
Proqram çərçivəsində innovativ ideyaların biznesə çevrilməsi və sahibkarlığın inkişaf etdirilməsi üzrə sessiyalar 10 həftəlik olmaqla onlayn və üzbəüz formada keçirləcək. Bu unikal proqram biznes təşəbbüskarlarına, özəl və dövlətin müvafiq strukturlarında fəaliyyət göstərənlərə bazarın tələblərinə uyğun innovativ həll yollarının formalaşdırlması və tətbiqi yollarını öyrədir.
Bu proqramı tamamlayan iştirakçılar Stanford Peşəkar İnkişaf Mərkəzinin bitirmə sertifikatını qazanacaqlar.
Proqramın modulları haqqında ətraflı məlumat almaq, həmçinin qeydiyyatdan keçmək və Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlamaq üçün linkə daxil ola bilərsiz:
http://globalinnovationcatalyst.com/ixprogram.html
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 17 saat əvvəl
-
21 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
23 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
23 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
