"Azərbaycanda hər 100 nəfərə 112 mobil telefon düşür"
“Hazırda Azərbaycan əhalisinin 80%-dən çoxunun yüksəksürətli internetə çıxışı var”.
Bunu Bakıda keçirilən “Xəzər İnnovasiya Konfransı”nda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, həmin göstərici ev təsərrüfatları üzrə 72,2% təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən daha çoxdur: “Dünyadakı ev təsərrüfatının 57%-nin, o cümlədən inkişaf etməkdə olan ölkələrdəki ev təsərrüfatlarının 46,7%-nin yüksəksürətli internetə çıxışı var”, - deyə o, qeyd edib.
Bundan başqa, nazir müavininin sözlərinə görə, Azərbaycanda mobil telefondan istifadə də yüksək səviyyədədir: “Hazırda ölkəmizdə hər 100 nəfərə 112 mobil telefon düşür”.
“İnnovasiyaların inkişafı nəticəsində əşyaların interneti sahəsinə qoyulan investisiyaların məbləği 6 milyard ABŞ dollarına çatdırılacaq”, - deyə E.Vəlizadə əlavə edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























