"Azersky" peykindən alınan təsvirlərin onlayn satışı təşkil olunacaq
“Azərkosmos” ASC aşağı orbitli "Azersky" peykindən alınan təsvirlərin onlayn satışı üçün platforma hazırlayır.
Bunu ASC-nin sədr müavini Dunay Bədirxanov deyib.
Onun sözlərinə görə, dövlət qurumları arasında bu məlumatların paylanması üçün ASC tərəfindən daxili GIS sistem istifadəyə verilib.
“Hələ ki, rəsmi olaraq təsvirlərin onlayn satışı baş tutmayıb. Əlbəttə, biz bunu müştərilərimiz üçün müxtəlif texniki üsullarla həyata keçiririk. Lakin açıq platforma kimi biz onu saytımızda dərc etməmişik. Bu istiqamətdə işlər aparılır”, - deyə D. Bədirxanov qeyd edib.
Qeyd edək ki, bu platforma azercosmos.az səhifəsində, “AzerskyStore” bölməsində yerləşdiriləcək. Onun vasitəsilə peyk təsvirlərini koordinatlar, baxış bucağı, optik meyarlar və s. göstəricilər üzrə axtarış verərək əldə etmək mümkün olacaq. Hazır şəkil faylı SHP və ya KML formatında əldə etmək mümkün olcaq.
ASC-nin sədr müavini əlavə edib ki, hazırda “Azərkosmos”un əsas istiqamətlərindən biri peyk xidmətlərinin tətbiqi ilə bağlıdır.
“Sahənin genişləndirilməsi məqsədilə daha çox yerli və xarici şirkətlərlə əməkdaşlıq ediləcək. Məqsədimiz gələcəkdə üstünlüyü peyk idarəetməsinə deyil, daha geniş spektrda peyk texnologiyalarının tətbiqi ilə məşğul olmaqdır. Bu məqsədlə Tədqiqat İnkişaf Mərkəzimizin fəaliyyəti genişləndirəcək”, - deyə D. Bədirxanov əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























