Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın ən böyük tibb müəssisəsi maliyyə göstəricilərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən böyük tibb müəssisəsi maliyyə göstəricilərini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsi 2018-ci ili 14 milyon 245 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Mərkəz 2017-ci ili 4 milyon 834 min manat zərər ilə bağlamışdı. Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzi 2018-ci ilin əvvəlindən pablik hüquqi şəxsdir.

 

Reklam_3_11

“Marja” Mərkəzin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ildə Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsin cəmi gəlirləri 28 milyon 722 min manat, cəmi xərcləri 14 milyon 477 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Mərkəzin 14 milyon 245 min manat mənfəəti yaranıb. Ötən il Bakı Sağlamlıq Mərkəzi mənfəət vergisi ödəməyib.

 

Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə Mərkəzin cəmi gəlirləri 7 milyon 113 min manat, cəmi xərcləri isə 11 min 947 min manat təşkil etmişdi. Xərclər gəlirləri üstələdiyindən Mərkəzin 4 milyon 834 min manat xalis zərəri yaranmışdı.

 

2017-ci illə müqayisədə 2018-ci ildə Bakı Sağlamlıq Mərkəzinin qeyri-birja əməliyyatlarından gəlirləri 8,6 dəfə artıb.

 

AKTİVLƏRİ 100 MİLYON MANATI AŞIB

 

31 Dekabr 2018-ci il tarixində Bakı Sağlamlıq Mərkəzi 101 milyon 279 min manat cəmi aktivlərə malik olub. Bu, 2017-ci ilin sonu ilə müqayisədə 23 milyon 630 min manat və ya 30,4% çoxdur. Aktivlərin artması torpaq, tikili, avadanlıq və ehtiyatların artmasından qaynaqlanır.

 

Ötən ilin sonunda Mərkəz 75 milyon 477 min manat nizamnamə kapitalına malik olub.

 

2017-ci illə müqayisədə 2018-ci ildə Bakı Sağlamlıq Mərkəzinin cəmi öhdəlikləri 24 dəfə artaraq 25 milyon 802 min manata yüksəlib.

 

2014-cü ilin Yanvar ayında Azərbaycanın ən böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzi istifadəyə verilib. Açılış zamanı bildirilmişdi ki, 50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır. Mərkəz ən müasir avadanlıqla təchiz edilmişdir. Burada tibbin ən son elmi-texniki yenilikləri tətbiq olunmuşdur. Mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılmışdır.

19.02.2019 07:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18